Bakıda bəzi marşrutlarda gedişhaqqı qalxdı - FOTO

img

21-10-2014 [15:05]


Bakının 214, 215, 189, 191,160, 106, 113 saylı marşrut avtobuslarında sərnişinlərdən 20 və 25 qəpik əvəzinə 30 qəpik alırlar.

Bu barədə day.az saytı məlumat yayıb. Oxuculardan birinin sayta verdiyi məlumata görə, 215 nömrəli marşrut avtobusunda gediş haqqının 25 qəpik olması ilə bağlı elan yerləşdirilib.

Ən maraqlısı isə odur ki, həmin elanla yanaşı başqa bir bildiriş də yapışdırılıb. Orada yazılıb ki, şikayəti olanlar bildirişdə göstərilən nömrəyə zəng vura bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA