Azərbaycanda bir bank kredit tranşını dayandırdı

img

19-10-2014 [17:16]


"Azər-Türk Bank” həm istehlak, həm də biznes kreditlərinin verilməsini dayandırıb.

Bu haqda fins.az–a adıçəkilən bankdan məlumat verilib. Qurum kreditləşmənin dayandırılmasını Mərkəzi Bankın, məcmu kapitalın 50 milyon manata çatdırılmasına dair tələbinin yerinə yetirilməsi ilə izah edir: "Hazırda Maliyyə Nazirliyində bankın kapitalının lazımi həddə çatdırılması ilə bağlı məsələ həll olunur. Üstəlik, İdarə Heyətinə yeni sədr təyin olunmalıdır. Bütün bu məsələlər öz həllini tapdıqdan sonra kreditlərin verilməsi bərpa olunacaq”.

Xatırladaq ki, "Azər-Türk Bank”ın səhmlərinin 50%-i Azərbaycan hökumətinə (Əmlak Məsələləri Dövlət Komitəsinə) məxsusdur. Hazırda bankın nizamnamə kapitalı 13,45 milyon manat, məcmu kapitalı isə 17,2 milyon manatdır. Bir qədər əvvəl bankdan bildirilmişdi ki, kapital tələbinin yerinə yetirilməsində problem olmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA