Bakı bazarında qalmaqal - VİDEO

img

14-10-2014 [17:10]


Nərimanov rayonunda Montin kimi tanınan bazarda satıcılar arasında narazılıq yaranıb.

ANS TV-nin məlumatına görə, bazarda narazılığa səbəb meyvə piştaxtalarının geyim dükanlarının qarşısına düzülməsidir. Bazarda ticarətlə məşğul olan satıcılar deyir ki, gecəliklə məhsullar dükanların qarşısına yığılıb, bu səbəbdən heç dükanı aça da bilməyiblər. 

Bazar rəhbərliyinin bu addımı tək dükanda ticarətlə məşğul olan satıcıların yox həm də təsərrüfat məhsullarını həmin dükanın qarşısında satan satıcıların narazılığına səbəb olub. Onlar da bu cür alverin bir-birinin işinə mane olduğunu düşünürlər. Ona görə də rəhbərliyin bu məsələni tez bir zamanda həll etməyini istəyirlər. 

Satıcıları narahat edən digər bir məsələ isə bazarın üstünün açıq olmasıdır. Deyirlər ki, bir az yağış yağan kimi bütün məhsullar xarab olur. Ona görə də meyvə vitrinləri dükanın qarşısından yığışdırılmalıdır.

Satıcılarla söhbət əsnasında öyrəndik ki, bazar rəhbərliyi çəkiliş gəldiyindən duyuq düşüb ərazidən uzaqlaşıb. Bunun nə qədər doğru olub-olmadığını öyrənmək üçün onun ofisinə yollandıq. Amma ofis boş idi heç kimi tapa bilmədik.

Hər halda yəqin ki özü iş başında olmayan rəhbərlik sonra bazardakı bu narazılıqlara lazımi şəkildə son qoyar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA