"BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub" - ARDNŞ

img

14-10-2014 [17:04]


Sentyabr ayında BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub.

Dövlət Neft şirkətinin rəsmi saytında yayılan məlumata görə, 2014-cü ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 285 min 783 ton Azərbaycan nefti nəql olunub.

Bu ilin yanvar- sentyabr aylarında bu kəmərlə 21 milyon 844 min 191 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il oktyabr ayının 1-ə qədər BTC-yə 257 milyon 160 min 695 ton neft vurulub. Bundan başqa, cari ilin sentyabr ayında BTC kəməri ilə ümumilikdə 385 min 597 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. 

Eyni zamanda, 2014-cü ilin sentyabr ayı ərzində 2 milyon 543 min 390 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

(Bu həcmin 1 milyon 813 min 20 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 22 milyon 125 min 785 ton təşkil edib. 

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 255 milyon 269 min 699 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA