Yeni rəis metroya xüsusi liftlər quraşdıracaq

img

08-10-2014 [17:00]


"Metronun "Avtovağzal” və "Memar Əcəmi -2” stansiyalarında istər vaqonlar, istərsə də digər avadanlıqlar müasir standartlara cavan verən yeni avadanlıqlar olacaq”.

Bubarədə AzNews.az-aBakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

QSC sözçüsü bildirib ki, bənövşəyi xətinilk iki stansiyası olan Avtovağzal və Memar Əcəmi -2 stansiyalarında işlərinböyük əksəriyyəti görülüb. Onun sözlərinə görə, avadanlıqların quraşdırılması prosesinə başlanılıb.

"Faransanın "Thales” şirkəti iləartıq müqavilə imzalanıb və onlardan idarəetmə və işarəvermə avadanlıqları sifariş edilib. Həmçinin əlil sərnişinlərin həmin sansiyalardan istifadə etmələri üçün xüsusi liftlər quraşdırılır. İstər vaqonlar, istərsə də digər avadanlıqlar müasir standartlara cavan verən yeni avadanlıqlar olacaq. Hər iki stansiyanın 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılır”.

Metrostansiyalara adların verilməsinə gəlincə N.Paşayev bildirib ki, metrostansiyalara adların verilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

"Hal-hazırda adlar şərtidir və hazır olduğu zaman həmin qurum tərəfindən təsdiq olunacaq”-deyə Nəsimi Paşayev qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA