Yediyimiz toyuqları belə şişirdirlər! ŞOK VİDEO

img

06-10-2014 [14:42]


Gündəlik qida rasionumuza daxil olan toyuq əti quşçuluq müəssisələrində xüsusi maddə ilə şişirdilir. Bunu təqdim etdiyimiz vieodan da aydın görmək mümkündür. Belə ki, xaricdəki broylerlərdən birində toyuqlar elektrik şoku ilə öldürüldükdən sonra tükləri təmizlənir. Burada onu qeyd etmək lazımdır ki, toyuğun başı kəsilmədən, qanı axıdılmadan bu proseslər davam etdirilir.

MİA Mediaxeberleri.az-a istinadən xəbər verir ki, bundan sonra isə broylerin işçiləri toyuqların bud nahiyəsinə və ağ ətinə həmin maddəni şprislə yeridirlər. Həmin an toyuq öz real çəkisindən 300-500 qram artıq çəkidə olur. Hətta xüsusi maddənin sayəsində toyuğun çəkisini öz xalis çəkisindən 1 kiloqramadək artırmaq da mümkündür.

O da məlumdur ki, bu texnologiyanı tətbiq etməkdə məqsəd, broyler sahiblərinin qaz vurub qazan doldurmaq cəhdinin nəticəsidir. Amma təəssüf ki, bu qazanc halal yolla deyil, alıcıları aldatmaqla həyata keçirilir.

Xatırladaq ki, alimlərin araşdırmasına görə, bütün dünyada, eləcə də Avropa ölkələrində quşçuluq təssərrüfatında istifadə edilən yemlərin tərkibinə 59 adda dərman vurulur. Bu dərmanların çoxu antibiotik təsirli olur ki, toyuqlar həm tez kökəlsin, həm də xəstələnməsin. Halbuki 2002-ci ildə BMT-nin qəbul etdiyi Karfagen Biogüvənlik Protokolu broylerlərdə dərmanlardan kütləvi şəkildə istifadəni qadağan edir. Standartlara görə, ətlik toyuqlar kəsimə gedəcəksə, 7 gün əvvəl antibiotik və dərmanlı qidaların onlara verilməsi dayandırılmalıdır. Buna səbəb insanların sağlamlığını nəzərə almaqdır. Amma gördüyümüz kimi nəinki toyuqlara kəsimdən əvvəl çoxsaylı dərman vurulur, hətta kəsimdən sonra satışa gedəndə belə çəkisinin artması üçün onların dərisinin altına şprislə xüsusi maddə yeridilir.


Bu isə onu deməyə əsas verir ki, sağlamlığınızı qorumaq istəyirsinizsə, broyler toyuqları almayın.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA