01-10-2014 [23:17]
Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilən Gəncədə III Beynəlxalq Şərab Festivalı bu gün işini davam etdirib.
Fransa, Almaniya, İtalya, Türkiyə, Rusiya, Moldova, Gürcüstan və digər xarici ölkələrdən gələn qonaqlar, şəhər rəsmiləri, ictimaiyyətin nümayəndələri Cavad xan küçəsinə gələrək, festival çərçivəsində təşkil edilmiş sərgi-tamaşalara baxıblar. Başdan-başa bayram əhval ruhiyyəsində bəzədilmiş küçədə nümayiş etdirilən şərab məhsulları, Gəncənin ali və orta ixtisas ümumtəhsil məktəbləri, məktəbəqədər müəssisə kollektivlərinin, mədəniyyət və incəsənət işçilərinin təqdim etdikləri sərgilər, milli rəqslər, qədim məişət əşyaları, gənc rəssamların fərdi sərgiləri iştirakçıların dərin marağına səbəb olub. Kukla Teatrının, Gəncə Dövlət Filarmoniyasının, Musiqi Kollecinin hazırladıqları tamaşalar, konsert proqramları qonaqlarda xoş ovqat yaradıb.
Sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dünyanın 10 ölkəsindən 50 nəfərədək nümayəndənin iştirak etdiyi III Beynəlxalq Şərab Festivalı münasibətilə hamını təbrik edib, belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə olaraq dəyərləndirib, Festivalın ölkələr arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini önə çəkib.
Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev, Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov, Burqundiya regionunun Yon Vilayətinin Ali Şurasının Prezidenti Andre Vilye, Yuxarı Alzas Müluz Universitetinin Prezidenti Kristin Qanqlaf Ziyeqler və başqaları çıxış edərək ulu öndər Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla yerinə yetirilməsindən, regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilən möhtəşəm işlərdən, son illər Azərbaycan-Fransa əlaqələrinin genişləndirilməsindən, iki ölkə arasında üzümçülük və şərabçılıq sahəsində çox əhəmiyyətli tədbirlərin reallaşmasından, iqtisadiyyatın digər sahələrində əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasından, Gəncənin genişvüsətli, sürətli tərəqqisindən, şəhər rəhbərliyinin yüksək təşkilatçılığı, yorulmaz fəaliyyəti sayəsində şəhərdə böyük quruculuq işlərinin aparılmasından, Gəncənin daha da müasirləşib, dünya səviyyəli şəhərə çevrilməsindən söhbət açıblar. Tədbirdə dünən keçirilən "Salxım” Dequstasiya müsabiqəsinin nəticələri elan olunub və qaliblər mükafatlandırılıblar.
"ASPİ – AqroSavalan” müəssisəsinin istehsal etdiyi şərablar ən yüksək mükafata- "Qran Pri" mükafatına layiq görülüb.
"Gəncə Şərab - 2” ASC-nin "Sevgilim” şərabı qızıl medala, "Kaberne sovinyon” şərabı gümüş medala layiq görülüb. Qaliblər arasında Ağsu rayonunun "Azqranata” MMC-nin, İsmayıllı rayonu Şərab Zavodunun, Qəbələ rayonunun "Aqroinvest” müəssisəsinin, Abşeronun "Firiland” müəssisəsinin, Şəmkir rayonundakı "Şərq Ulduzu” ASC-nin, Göygöl Şərab zavodunun, Cəlilabad rayon şərab zavodlarının müxtəlif adlı şərabları vardır.
Sonda qonaqlar Gəncənin və regionun şərab istehsalçılarının açdıqları pavilionlarda şərab məhsullarının, eləcə də təqdim olunan milli xörəklərin dadına baxıblar.
Gəncədə reallaşan daha bir Beynəlxalq tədbir tarixləşərək, yaddaşımızda unudulmaz xatirələrlə qaldı. Bu birlik, dostluq, həmrəylik festivalı, ölkələr arasında inkişaf və tərəqqi sahəsində atılan uğurlu addımlar gələcəkdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində bir stimuldur. Qədim elm, mədəniyyət mərkəzi olan Gəncənin şöhrət zirvəsinə ucalması, dünya xalqlarında heyrət və rəğbət yaratması hər birimiz üçün böyük qürur, iftixardır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi