30-09-2014 [17:47]
Bu gün Veysəloğlu şirkətlər Qrupu media nümayəndələrinin Açıq Qapı günü çərçivəsində yerli şirkət olan «Ulduz Şokolad» fabrikinə səfərini təşkil edib. Tədbir çərçivəsində jurnalistlər fabrikdəki iş şəraitilə yaxından tanış olub. Media nümayəndələrinə şirkətin keçdiyi yol və gələcək perspektivləri barədə ətraflı məlumat da verilib. Şirkət tərəfindən təqdim olunan məlumatı oxucuların diqqətinə çatdırırıq:
«2001-ci ildə "Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan verdi. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi. Ulduz şokoladlarını müxtəlif çeşidlərdə yerli bazara təqdim etməyə başlayan fabrikin məhsulları tez bir zamanda istehlakçılar tərəfindən sevildi. Məhsullara olan tələbat hər gün artırdı. Fabrik yerli bazara yeni bir ad «Ulduz» şokoladlarını müxtəlif çeşidlərdə təqdim etməklə öz mövqeyini bir qədər də möhkəmləndirdi. Keyfiyyətli məhsul, zövqləri oxşayan qablaşdırma, sərfəli qiymət, yüksək səviyyədə xidmət müştərilərin sayının sürətlə artmasına səbəb oldu.Fabrik ilk məhsulu olan, tez bir zamanda istehlakçılar tərəfindən sevilərək qəbul edilən Ulduz şokoladlarından bu günkü müxtəlif rəngarəng çeşidli məhsullarına qədər böyük inkişaf yolu keçmişdir.
«Ulduz» fabriki yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan «Ritm», «Rocky», «Tango», «Xonça», "Seasons”, "Sema”, "Wedding” və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə böyük nüfuz qazanıb. Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin — Topnut markalı Draje vəÇırtdan, Freş, Alpinmilk, Villi markalı Karamel xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini genişləndirdi.
Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. Müəssisəmizdə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi "ULDUZ” şokolad fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənmiş və fabrikdə yeni müasir avadanlıqlar quraşdırılmışdır. Tamamilə avtomatlaşdırılmış, müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılmış və fabrikdə dünyanın an qabaqcıl müəssisələri ilə raqabət apara biləcək modern iş şəraiti qurulmuşdur. Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqram və daha artıqdır.
Fabrikdə istehsal olunan müxtəlif çeşidli şokolad məhsulları Azərbaycanın bütün bölgələrinə yayılmış və böyük istehlakçı kütləsinin rəğbətini qazanmışdır.
İnkişafıdakı dinamikliyi möhkəmləndirmək, ixrac potensialını genişləndirmək məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun təkmilləşdirmə siyasəti həyata keçirilir.
Əldə olunan uğurlar kollektivi daha məsuliyyətlə çalışmağa, texnoloji yeniliklərin tətbiqini daim diqqət mərkəzində saxlamağa sövq edir. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən hər bir müəssisə kimi "ULDUZ” şokolad və karamel fabriki də bu gün öz araşdırmalarını davam etdirərək işini günün tələbləri səviyyəsində qurmağa çalışır.
Fabrik inkişaf edərək ölkə hüdudlarından kənarda da daha çox tanınmağa və istehlakçı auditoriyasını genişləndirməyə nail olmuşdu. Fabrikin ixrac potensialı daha da artırılaraq Rusiya Federasiyasının Moskva, Sankt Peterburq, Ufa, Maxaçkala, Kazan, Krasnodar, Rostov, Çelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijnı Novqorod, Nazran, Qroznı kimi iri şəhərlərinə, eyni zamanda Ukrayna, Belorusiya, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ və digər ölkələrə Azərbaycan məhsullarının ixracına başlanılıb.
Fabrikin müasir anbar infrastrukturuna malik olması onu öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Bazar iqtisadiyyatının təşəkkül tapdığı bir dövrdə, müasir texnologiyaların istehsalata tətbiqi, eləcə də müştəri məmnuniyyəti "ULDUZ”un əsas fəaliyyət hədəflərindəndir.
Fabrik rəhbərliyi işçilərin rahatlığını təmin etmək məqsədilə işçilərin iş vaxtı çay və isti yeməklə, işə gəlib getmələri üçün nəqliyyat vasitəsilə, həmçinin xüsusi iş geyimləri ilə təminatını yüksək səviyyədə həyata keçirir. İşçi heyyətinin bilik və bacarıqlarının, peşəkar səviyyəsinin artırılması üçün şirkət hesabına daxili, xarici kurslar və seminarlar təşkil olunur. Fabrik işçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işçilər mütəmadi olaraq tibbi müayinədən keçirilir.
MƏQSƏD
Fabrik olaraq əsas məqsəd yerli və xarici bazarlarda beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edərək öz nüfuzunu qorumaq və artırmaq, fəaliyyət sahəsini yerli və beynəlxalq qanunvericiliyin tələbləri,Keyfiyyət İdarəetmə və Qida Təhlükəsizliyi Sistemlərinə uyğun olaraq qurmaq və Halal Qida qanunlarına riayət edərək,istehlakçıya tam təhlükəsiz,etibar etdiyi qidanı təqdim etməkdir.
Hal-hazırda fabrikdə müxtəlif sahələrdə 600-ə yaxın işçi çalışmaqdadır. Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması işçilərin də saylarının bir neçə dəfə artmasına şərait yaradacaqdır.
Fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunmuş yaraşıqlı binada yerləşir.
SERTİFİKATLAR və MÜKAFATLAR
"ULDUZ” fabriki beynəlxalq İSO 9001:2008-Keyfiyyət İdarəetmə Sistemi, İFS (İNTERNATİONAL FOOD STANDARD) –Beynəlxalq Qida Standartı, BRC (British Retail Concertium, İngilis Pərakəndəcilər Birliyi Standartı), İSO 22000:2005 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı), İSO 10002:2004 (Müştəri Məmnuniyyəti Standartı), OHSAS 18001:2007 (Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik) sertifikatları almış özəl şirkətdir.
2010-cu ilin fevralında "Azeri Business Award” Milli Mükafatının təqdimetmə mərasimində 2009-cu il ərzində iqtisadi artım göstəricisinə görə "Ulduz” şokolad fabriki "İlin xalq markası” mükafatına layiq görüldü. Həmin ilin aprelində Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) təşkilatçılığı ilə "Caspian Energy İntegration Award – 2010” beynəlxalq mükafatının təntənəli təqdimetmə mərasimi keçirilmişdir. Mükafatlar istehsal və xidmət sahələrində fəaliyyət göstərən, il ərzində istehlakçılar və müştərilər arasında nüfuz qazanmış, öz fəaliyyətləri ilə Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermiş brendlərə verilmişdir. Çox sevindirici haldır ki, "Ulduz” şokolad fabrikinin məhsulu olan "Tango” şokoladı da bu nominatlar sırasında idi.
2012-ci il ərzində bir çox yerli və beynəlxalq standartların öyrənilməsi üçün mütəxəssislərimiz xarici ölkələrdə təlim və seminarlarda iştirak etmiş və bu standartların ölkəmizdə tətbiqi istiqamətində ciddi addımlar atılmışdır. Fabrikdə AlmaniyanınTUV şirkətinin Türk auditorları tərəfindən hazırda tətbiq olunan beynəlxalq sistemlərin xarici auditi və yeni sistemlərin tətbiqi ilə bağlı ilkin auditi keçirilmişdir. Auditorlar apardıqları audit nəticəsində yaradılan iş şəraitindən razı qalaraq tətbiq olunan bütün sistemləri yüksək balla qiymətləndirmişlər.
Hazırda "ULDUZ” şokolad fabrikinin fəaliyyəti İSO 9001:2008 (Keyfiyyət İdarəetmə Sistemi Standartı), OHSAS 18001:2007 (Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik), FSSC 22000 (Qida Təhlükəsizliyi Sistemi Standartı), PAS 220 (Qida İstehsalçıları üçün Yeni Qida Təhlükəsizliyi Standartı) standartlarına tam uyğundur. Qeyd etmək lazımdır ki, FSSC 22000 və PAS 220 standartları dünyanın qabaqcıl şirkətləri olan NESTLE, UNILEVER, DANONE ve KRAFT tərəfindən hazırlanmışdır və həmin standartların tətbiqinə görə, "ULDUZ” fabriki Azərbaycanda ilk olaraq bu sertifikata layiq görülüb. Eyni zamanda İSO 10002:2004 (Müştəri Məmnuniyyəti Standartı) və BRC (British Retail Concertium, İngilis Pərakəndəcilər Birliyi Standartı) standartları da vardır.
Xatırladaq ki, BRC Carrefour, Tesco, Metro, Migros, Ahold və Wal-Martın tələb etdiyi sertifikatdır ki, Azərbaycanda ilk olaraq bu sertifikata da "ULDUZ” fabriki layiq görülüb. Fabrik həmçinin İFS (İnternational Food Standard) Beynəlxalq Qida Standartı və İSO 22000:2005 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı) sertifikatlarına da layiq görülüb.
BEYNƏLXALQ SƏRGI VƏ KONFRANSLAR
Kollektivin əldə etdiyi uğurları yerli və xarici qurumlar tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Məsələn, 2009-cu ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Prodekspo-2009” sərgisində iştirak edən 57 ölkənin 1850 şirkəti arasında "Ulduz” fabrikinin şokoladları yüksək qiymətləndirilərək innovasiya məhsulu müsabiqəsinin Qızıl medalına layiq görülmüşdür. Sərgi zamanı xarici ekspertlər, marketoloqlar və təchizatçılar "Ulduz” fabrikinin şokoladlarından razılıq edərək, yüksək qiymətləndirmişlər.
Qeyd olunanlarla yanaşı fabrikin əməkdaşları 2012-2014-cü illər ərzində bir sıra beynəlxalq sərgilərdə, konfranslarda da iştirak etmişlər. Ötən dövr ərzində Ulduz şokolad fabriki Rusiya, Türkiyə, Almaniya, Hollandiya və BƏƏ-də keçirilən beynəlxalq sərgilərdə uğurla təmsil olunaraq, müxtəlif ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq müqavilələri imzalanmışdır.
2014-cü ilin sentyabrın 15-18-i tarixlərində "Ulduz” şokolad və karamel fabriki daha iki beynəlxalq qida sərgisində iştirak etdi. Bunlardan biri Moskvada keçirilmiş "World Food Moscow 2014” və Tehran şəhərində baş tutmuş "13th Iran International Confectionery Fair” sərgiləri idi. Burada "Ulduz” şokolad və karamel fabriki ölkəmizi keyfiyyətli və müxtəlif çeşidli məhsuları ilə təmsil ediblər.
Hər iki sərgi qida ticarəti sahəsində milli brendlərin yayılması və qarşılıqlı biznes əlaqələrinin qurulmasında mühüm rol oynayan əsas beynəlxalq sərgilərdəndir.
Fabrikin yenilikləri bununla bitmir, 2013-cü ilin noyabrında fabrik daha bir uğura imza ataraq "Qida təhlükəsizlik platin” fərqlənmə nişanı ilə təltif edildi. Bu, Azad İstehlakçılar Birliyi tərəfindən təsis edilən Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi adlı keyfiyyət nişanıdır. Təqdimetmə mərasimində çıxış edən birlik sədri Eyyub Hüseynov bildirib ki, bu nişanı almış mallar dünyanın 120-dən çox ölkəsində, o cümlədən Azərbaycan istehlakçıları arasında təbliğ olunacaq.
Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması işçilərin də saylarının bir neçə dəfə artmasına şərait yaradacaqdır. Fabrik rəhbərliyi işçilərin rahatlığını təmin etmək məqsədilə işçilərin iş vaxtı çay və isti yeməklə, işə gəlib getmələri üçün nəqliyyat vasitəsilə, həmçinin xüsusi iş geyimləri ilə təminatını yüksək səviyyədə həyata keçirir. İşçi heyətinin bilik və bacarıqlarının, peşəkar səviyyəsinin artırılması üçün şirkət hesabına daxili, xarici kurslar və seminarlar təşkil olunur. Fabrik işçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işçilər mütəmadi olaraq tibbi müayinədən keçirilir.
Fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunmuş yaraşıqlı binada yerləşir.
Sərgilələrdə uğurla iştirak etməklə bərabər həm ölkə daxilində, həm də olkəmizin hüdudlarından kənarda piar və reklam kampaniyaları, korporativ sosial məsuliyyət layihələri də cari ildə davam etdirilib.
Artıq Azərbaycanın milli brendinə çevrilən "ULDUZ” şokoladları hər bir ailənin, süfrələrimizin, xonçalarımızın bəzəyinə çevrilmişdir. Kollektivin qarşısına qoyduğu əsas məqsəd milli dəyərlərin qorunmasında yaxından iştirak etmək, iqtisadiyyatın möhkəmlənməsi, əhalinin rifah halının yaxşılaşması istiqamətində ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə layiqincə nail olmaqdır.
Ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstək nəticəsində müəssisənin 13 il ərzində istehsal gücübir neçə dəfə artırılmışdır. Avropanınən müasiravadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinəixrac olunaraq hər il Almaniya, Rusiya, Hollandiya, İran və BƏƏ-də keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir.
İş adamlarına göstərilən dövlət qayğısı fabrik rəhbərliyinin qarşıdakı illərdə daha da böyük uğurlara imza atacağından xəbər verir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi