İran səmasında Çin istehsallı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi

img

03-04-2026 [18:56]


İranın Şiraz əyalətində vurulan PUA bölgədə 3 müsəlman ölkəsini birbaşa açıq savaş astanasına gətirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Tehran Çin istehsalı yeni PUA-ya görə iki müsəlman ölkəsini ittiham edir.

Bu barədə İran XİN bəyanat yayaraq, Şiraz üzərində vurulan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Səudiyyə Ərəbistanı tərəfindən də istifadə edilən PUA-ya görə hər iki ölkədən izahat istəyib.

Məlumata görə, Çin istehsalı olan Wing Loong II modeli PUA-nın bu ölkələr tərəfindən istifadə olunduğu iddia olunub: "Bu pilotsuz uçuş aparatının qalıqları bəzi ölkələrin İsrail və Amerika rejimləri tərəfindən İran xalqına qarşı törədilən təcavüz və digər cinayətlərdə birbaşa iştirakının yeni sübutu ola bilər. Bölgədə bu cür pilotsuz uçuş aparatlarının sahibi və istifadəçisi hesab edilən hər iki ölkə bunun bizə  izahını verməlidir”

Tahir
Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA