Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik

img

03-04-2026 [09:50]


Ötən ilin fevral ayında vəzifəyə təyin edilən Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinin rəisi Samir Cabarov işdən çıxarılıb.

Agentliyin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Samir Cabbarov otellərin birinə rəhbər vəzifəsinə təyinat alması ilə əlaqədar vəzifəsindən azad edilib.

Onun yerinə rəis əvəzi İskəndərov Rəfail Musa oğlu gətirilib.

Rəfail İskəndərov bundan əvvəl Quba Regional Turizm İdarəsinin aparıcı məsləhətçisi vəzifəsinə çalışıb/qaynarinfo

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA