Ermənistan Omanda səfirlik açır

img

17-03-2026 [11:39]


Ermənistan Oman Sultanlığında səfirlik açır.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

A.Badalyanın sözlərinə görə, martın 17-19-da XİN rəhbəri Ararat Mirzoyan Sultanlığa səfər edəcək.

Səfər çərçivəsində nazir omanlı həmkarı Səid Bədr ibn Həməd ibn Həmud Əl-Busaidi ilə görüşəcək.

"Omanın paytaxtı Maskatda Ermənistanın səfirliyinin rəsmi açılışı olacaq. Həmçinin, ərəb ölkələrində akkreditə olunmuş səfirlərin toplantısının keçirilməsi planlaşdırılır", - A.Badalyan qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA