ABŞ ordusu: İrana hücumlarda yaralanan ABŞ əsgərlərinin sayı 200-ə çatıb.

img

17-03-2026 [14:58]


ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins, ABŞ və İsrailin İrana hücumlarının başlanğıcından bəri yaralanan ABŞ əsgərlərinin sayının 200-ə çatdığını bildirdi.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hokins hücumların başlanğıcından bəri təxminən 200 ABŞ əsgərinin yaralandığını, onlardan 10-unun ağır yaralı hesab edildiyini bildirdi.

O, həmçinin yaralı əsgərlərin 180-dən çoxunun xidmətə qayıtdığını qeyd etdi.

Martın 10-da ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell ABŞ və İsrailin İrana hücumlarından sonra 8-i ağır yaralanan təxminən 140 ABŞ əsgərinin yaralandığını bildirdi.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA