Hesablama Palatasında dövlət satınalmaları sahəsindəki vəziyyət müzakirə olunub

img

16-03-2026 [16:54]


Bu gün Hesablama Palatasınınsədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə dövlət satınalmalarının auditində diqqətə alınmalı məqamlara dair iclas keçirilib.

Mİa.az xəbər verir ki, iclasda Hesablama Palatasının kollegiya üzvləri və struktur bölmələrinin əməkdaşları iştirak edib.

İlk olaraq dövlət satınalmalarının auditinin planlaşdırılma və həyata keçirilmə mərhələləri üzrə qiymətləndirilməli əsas məsələlər barədə təqdimat nümayiş etdirilib. Dövlət satınalmalarının qanuniliyi, səmərəliliyi və nəticəliliyi ətrafında müzakirələr aparılıb.

Daha sonra iclasda çıxış edən Palatanın aparat rəhbəri və Dövlət auditinin rəqəmsallaşdırılması və informasiya infrastrukturunun idarəedilməsi şöbəsinin əməkdaşı dövlət auditinin rəqəmsallaşdırılması üzrə görülən işlərin mövcud vəziyyəti barədə məlumat təqdim ediblər. Qeyd olunub ki, müxtəlif, o cümlədən dövlət satınalmaları ilə bağlı informasiya sisteminə daxil edilən və ötürülən məlumatların müvafiq meyarlar əsasında avtomatlaşdırılmış emalı və qiymətləndirilməsi nəzərdə tutulur.

Sonda Palatanın sədri dövlət maliyyə nəzarətinin səmərəliliyinin artırılması, dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı işlərin genişləndirilməsi və dövlət satınalmalarının auditi üzrə metodiki sənədin təkmilləşdirilməsi üçün Kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərini tapşırıqlar verib.

Sədr növbəti iclasda dövlət büdcəsinin icrasının, eləcə də sifarişçi təşkilatların ayrı-ayrı layihələri üzrə dövlət investisiyalarının icrasının təhlili ilə bağlı məsələlərin müzakirə ediləcəyini qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA