Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır

img

16-03-2026 [21:29]


ABŞ neft hasilatını yeni səviyyəyə çıxarır və göstəriciləri dünya üzrə rekord səviyyəyə çatdırır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Kennedi Mərkəzinin İdarə Heyətinin üzvləri ilə naharda bildirib.

"Digər ölkələrlə müqayisədə biz hasilatı ikiqat artırırıq və tezliklə onların göstəricilərini üç dəfə üstələyəcəyik", - o qeyd edib.

Tramp deyib ki, artıq milyonlarla barel neft emalı zavodlarına, xüsusən Hyustona çatdırılır.

O, həmçinin iqtisadiyyatı Hörmüz boğazından tranzitdən çox asılı olan dövlətləri gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında fəal iştirak etməyə çağırıb: "İqtisadiyyatı Hörmüz boğazından, bizim ölkədən daha çox asılı olan digər ölkələri gəmiçiliyin təhlükəsizliyinin təminatında fəal iştirak etməyə çağırırıq. Yaponlar öz neftinin 95 %-ni, çinlilər 90 %-ni, Cənubi Koreya 35 %-ni, Avropa ölkələri isə əhəmiyyətli həcmləri oradan alır".

Tramp Tehranın təhdidlərinin xeyli zəiflədiyini əlavə edərək, ölkələrə ABŞ ilə birgə işə fəal, sürətlə və həvəslə qoşulmağı tövsiyə edib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA