"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir

img

17-03-2026 [14:20]


"Fənərbağça" bu axşam 27-ci həftə matçında "Qaziantep"i qəbul edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son 4 həftədə 7 xal itirən "sarı-lacivərdli" komanda rəqibini məğlub edərək çempionluq arzusunu qorumağı hədəfləyir.

"Fənərbağça" bu heyətlə oyuna başlayacaq:

Ederson, Mert Müldür, Yiğit Efe, Oosterwolde, Levent, Guendouzi, Kante, Nene, Asensio, Kerem, Cherif (Talisca)

"Qaziantep FK" matçından əvvəl yığılan sarı vərəqələrə görə "Fənərbağça"nın altı oyunçusu cəzalı vəziyyətə düşə bilər.

Zədəli Nelson Semedo ilə yanaşı, Archie Brown, Kerem Aktürkoğlu, Antony Musaba, Mert Müldür və Matteo Guendouzi bu gecəki matçda sarı vərəqə alsa, "Beşiktaş"la növbəti liqa oyununu buraxacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA