"Fənərbağça"da gərginlik - Baş məşqçi ilə təcrübəli futbolçu "yola getmir"

img

16-03-2026 [10:03]


"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko ilə bəzi oyunçular arasında münasibətlər gərginləşib.

Mia.az Türkiyə mətbuatına istiandla xəbər verir ki, son turda baş məşqçinin Kerem Aktürkoğlu əvəzləməsi onlar arasındakı soyuqluğu daha da artırıb. 

Məlumata görə, "Fənərbağça"nın "KQaragümrük"ə məğlubiyyətindən sonra Kerem Aktürkoğlu bu səbəbdən komanda ilə birgə meydandan ayrılmayıb: "O, şəxsi maşını ilə küskünlüyünü gizlətməyərək meydanda təkbaşına ayrılıb".

Məlumatda deyilir ki, Musaba və Oğuz Aydın da oxşar səbəblərdən məşqçidən narazıdır.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA