"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb

img

14-03-2026 [12:30]


Prezidentin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial media hesabında aşağıdakı açıqlamanı verib: "Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə regional əməkdaşlıq, xüsusilə əlaqəlilik, eləcə də Trans-Xəzər və TRIPP layihələri ilə bağlı səmərəli müzakirələr apardıq. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasında tam üzvlüyü nəzərə alınmaqla, bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA