Tramp Çin lideri ilə görüşü təxirə salır, İranla isə... - "Tehran rejimi danışıqlar istəyir, amma..."

img

16-03-2026 [08:42]


"İran bizimlə israrla danışıqlar aparmaq istəyir. Lakin hesab edirəm ki, onlar danışıqlara hələ hazır deyil".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Britaniyanın "Financial Times" qəzetinə açıqlamasında deyib.

O, növbəti dəfə İranın donanmasını, hava hücumundan müdafiə sistemlərini və hava qüvvələrini məhv etdiklərini təkrarlayıb: "Qısaca deyim ki, biz İranı məhv etdik".

Tramp Hörmüz boğazının İran tərəfinin qapatması barədə suala isə belə cavab verib: "Bu boğaz açıq qalmalıdır. Biz bu boğazın təhlükəsizliyi ilə bağlı 7 ölkə ilə danışıq aparırıq. Təbii, bu məsələdə Çin də kömək etməlidir".

Tramp  Çin prezidenti Si Cinpinlə ayın sonuna planlaşdırılan görüşün təxirə salınacağını da istisna etməyib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA