SAVAŞ BU ÖLKƏYƏ DƏ SIÇRADI - ABŞ-la şiə qruplaşması arasında toqquşma şiddətləndi (FOTO)

img

16-03-2026 [00:05]


İrana hücum edən ABŞ və İsrail qüvvələri indi də İraqa zərbələr endirməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ ordusu bu gün az əvvəl də Kərkükün cənubundakı İrana yaxınlığı ilə tanınan "Haşd əl-Şabi" adlı şiə qruplaşmasının qərargahına hücum edib.

Məlumata görə, ağır zərbəyə  İranpərəst qruplar da operativ cavab verib: "Qruplaşma Bağdad hava limanındakı ABŞ Viktoriya bazasına dörd kamikaze dronla əks cavab verib".

Xəbərdə o da deyilir ki, ABŞ bununla yanaşı, "Kataib Hizbullah"ın komandiri Əbu Əli əl-Əmiri Bağdaddakı evinə  raket zərbəsiylə öldürüb.

"Haşd əl-Şabi" bəyanat yayaraq, ABŞ-ın öldürdüyü bütün üzvlərinin qısasını alacağıbnı vəd edib: "Ölənlərin qanı boşa getməyəcək. Əksinə, bu, daha böyük qəzəbə çevriləcək. Hər kəs görəəsk ki, bu xain hücumun qisası alınacaq".

Məlumata görə, ABŞ İraqdakı bazalarına gözlənilən hücuma qarşı əlavə tədbirlərə də al atmaqdadır...

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA