"Rasim Balayevin müalicəsi yekunlaşır" Baba Vəziroğlu “Övladları ilə əlaqə saxlayıram deyir

img

16-03-2026 [11:19]


"Rasim Balayevin müalicəsi yekunlaşır. Vəziyyəti normaldır”.

Mia.az-ın məlumatına görə, bunu Musavat.com-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O bildirib ki, Xalq artisti Novruz bayramı ərəfəsində vətənə qayıdacaq: “Övladları ilə əlaqə saxlayıram. Onlar müalicənin yaxşı getdiyini və yekunlaşmaq üzrə olduğunu deyirlər. Onun yaxın günlərdə vətənə geri dönməsi gözlənilir”.

Qeyd edək ki, Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılıb və hazırda müalicəsi orada davam etdirilir. O, bir müddət əvvəl səhhətində yaranmış problemə görə əməliyyat olunmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA