MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"

img

13-03-2026 [00:16]


Türkiyəni İranla üz-üzə gətirmək istəyənlər var.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri MHP Sədri Dövlət Baxçalı iftar məclisində etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, Türkiyənin İrana qarşı çıxması, İranla Körfəz ölkələri arasında münaqişənin dərinləşdirlməsi və beləliklə, müharibənin gedişatını dəyişdirmək planı var: "Bu qaranlıq planların hazırlandığı heç kimə sirr deyil. Lakin hər kəs bilsin ki, biz belə oyuna və təhdidə heç vaxt "eyvallah" deyməyəcəyik. Türkiyə bu cür kəşfiyyat oyunlarına düşəcək dövlət deyil. Biz sionist imperialist mənşəli tələyə düşəcək yeniyetmə ölkə heç deyilik. Biz hər ssenariyə təbii ki, hazırıq və hazır olmalıyıq. Türkiyə hazırlanmış əxlaqsız planları dəqiq oxumalı və boşa çıxarmalıdır. Aydın görülür ki, ABŞ və İsrailin evdəki hesabları İranda tutmayıb..."

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA