Hürmüz – Şah Abbasın geopolitik zəfəri və ya Fars körfəzinin səssiz qalası
13-03-2026 [10:29]
Fars körfəzinin girişində bir ada var — Hürmüz.
Ada kiçikdir, amma üzərində olan tarixin ağırlığı böyükdür.
Bu gün orada külək əsir, duzlu dəniz havası köhnə daş divarları yavaş-yavaş aşındırır. Bir zamanlar Hind okeanı ticarətinin taleyini müəyyən edən qala isə yarıuçuq vəziyyətdədir. Divarların arasında turistdən çox sükut dolaşır.
Beş yüz il əvvəl isə mənzərə tamam başqa idi.
XVI əsrin əvvəllərində Portuqaliya Hind okeanında böyük dəniz imperiyası qurmağa çalışırdı. 1507-ci ildə Portuqaliya admiralı Afonso de Albuquerque Hürmüz adasını ələ keçirdi və burada möhkəm hərbi qala tikdirdi.
Beləliklə, Hürmüz sadəcə bir ada yox, ticarətin qapısına çevrildi.
Hindistanın ədviyyəsi, İranın ipəyi, Orta Asiyanın malları, Avropanın gümüşü — hamısı bu dar boğazdan keçirdi. Boğaza nəzarət edən isə ticarətə nəzarət edirdi.
Şah Abbasın böyük planı
XVII əsrin əvvəllərində Səfəvi dövlətinin hökmdarı Şah Abbas bu vəziyyətlə barışmaq istəmədi. Onun məqsədi sadəcə bir qalanı fəth etmək deyildi. Məqsəd daha böyük idi: Fars körfəzində Portuqaliya nəzarətini qırmaq və ticarət yollarını yenidən Səfəvi dövlətinin əlinə qaytarmaq. Çünki İran ipəyi Avropaya gedirdi, amma dəniz yollarına başqaları nəzarət edirdi. Lakin bir problem vardı. Səfəvilərin güclü dəniz donanması yox idi.
Şah Abbas bu çatışmazlığı diplomatik ağılla həll etdi. O, Portuqaliyanın Avropadakı rəqiblərinə üz tutdu və nəticədə Səfəvi dövləti ilə English East India Company arasında hərbi əməkdaşlıq yarandı. Bir tərəf quru qoşunlarına sahib idi. Digər tərəf isə dəniz donanmasına.
1622-ci ildə həyata keçirilən əməliyyat nəticəsində Portuqaliya qarnizonu təslim oldu və Hürmüz yenidən Səfəvi dövlətinin nəzarətinə keçdi. Bu hadisə Hind okeanı tarixində böyük dönüş nöqtəsi idi.
“Bəndər-Abbas” nə deməkdir?
Hürmüzün fəthindən sonra Şah Abbas daha bir strateji qərar verdi.
O, Hürmüz adasını əsas ticarət mərkəzinə çevirmədi. Əvəzində materikdə yerləşən kiçik Gamrun limanını inkişaf etdirdi.
Sonralar bu şəhərin adı dəyişdirildi və Bəndər-Abbas adlandırıldı.
“Bəndər” sözü qədim fars və türk dillərində işlənən bir termindir və “liman”, “gəmi dayanacağı”, “dəniz ticarət şəhəri” mənasını verir.
Yəni Bəndər-Abbas sadə dillə desək, “Abbasın limanı” deməkdir.
Bu gün də bu şəhər Fars körfəzində ən böyük limanlardan biridir.
Səfəvi dövləti və türk siyasi ənənəsi
Bu tarixdə tez-tez diqqətdən qaçan bir həqiqət də var.
Səfəvi dövləti yalnız İran tarixinin deyil, həm də Türk siyasi tarixinin mühüm dövlətlərindən biri idi. Dövlətin qurucusu Şah Ismailın dönəmində saray mühitində türk dili geniş istifadə olunurdu. Şah Abbas da bu siyasi ənənənin davamçısı idi.
Onun siyasəti yalnız hərbi gücə deyil, ticarət yollarına və iqtisadi strategiyaya əsaslanırdı. Hürmüzün alınması və Bəndər-Abbasın yaradılması bu siyasətin ən uğurlu nümunələrindən biri oldu.
Beş əsr sonra
Bu gün Hürmüz qalasının divarları dağılıb. Amma onun yerləşdiyi boğaz — Hürmüz— hələ də dünya siyasətinin ən həssas nöqtələrindən biridir. Qlobal neft ticarətinin böyük hissəsi məhz bu dar su yolundan keçir. Beş əsr əvvəl burada ipək və ədviyyə karvanları keçirdi. Bu gün isə neft tankerları keçir.
Tarix dəyişir. Amma coğrafiya dəyişmir.
Tarixin yaddaşı
Hürmüz qalasının uçmuş divarları bizə sadə bir həqiqəti xatırladır.
Bəzən tarix qalalarda yazılır. Bəzən limanlarda. Bəzən isə dar boğazlarda.
1622-ci ildə Şah Abbasın Hürmüzü geri alması sadəcə bir qalanın fəthi deyildi. Bu, Hind okeanı ticarət yollarının taleyinə təsir edən böyük geopolitik hadisə idi. Bu gün o qalada Şah Abbasın adı yazılmaya bilər.
Amma tarixdə bəzi adlar daş lövhələrdə deyil, dəniz yollarında və ticarət xəritələrində yazılır.
Şah Abbasın adı da belə adlardan biridir.
Elbəyi HƏSƏNLİ,
SÜRİX
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi