Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"

img

13-03-2026 [11:05]


"İranla bağlı proses çox sürətlə irəliləyir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İrana hücumla bağlı suala cavabda deyib.

İran rejiminin 47 ildir bölgədə terror yaydığını iddia edən Tramp deyib ki, artıq bu probemi birdəfəlik həll edəcəklər: "Ordumuz çox yaxşı işlər görür. Heç kim əvvəllər belə bir şey görməyib. Biz indi 47 ildə edilməli olanı edirik.  İran terror və nifrətlə dolu bir ölkədir. İndi bunun üçün ağır bədəl ödəyirlər".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA