May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik

img

13-03-2026 [12:07]


May ayında həftə sonları da daxil olmaqla 14 gün qeyri-iş günü olacaq.

Mia.az Operativ Media-ya istinadən xəbər verir ki, 9 May - faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyinə görə, mayın 11-i də qeyri-iş günü olacaq.

Bu il Azərbaycanda Qurban Bayramı 27-28 may tarixlərinə təsadüf edəcək. Həmçinin 28 May - Müstəqillik Günü də qeyri-iş günü olduğuna görə, 29 may tarixində də iş olmayacaq.

Bununla da, 9, 10, 11 may və 27, 28, 29, 30, 31 may tarixlərində ardıcıl qeyri-iş günləri olacaq.

Beləliklə, həftə sonları da daxil olmaqla may ayında 14 gün qeyri iş günü olacaq/operativ.media.
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA