Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR

img

05-03-2026 [17:46]


Müqəddəs Ramazan ayı münasibətilə Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup şəhid ailələri üçün 8 Mart – Beynəlxalq Qadınlar Günü və Ramazan ayı münasibətilə tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbirə Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş 100-dən çox şəhidin ailə üzvləri qatılıb.

İftar məclisi şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himninin səsləndirilməsi və şəhidlərin ruhuna duaların oxunması ilə başlayıb. Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizlə qürur duyduqlarını bildiriblər. Çıxışlarda dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı, eləcə də Veysəloğlu Şirkətlər Qrupunun şəhid ailələrinin məşğulluğuna və sosial rifahına verdiyi davamlı dəstəyin əhəmiyyəti xüsusi qeyd olunub.

Tədbirdə həmçinin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları Mehriban Vəliyeva, Nigar Məmmədova və Elnarə Akimova çıxış edərək şəhid analarını və xanımlarını 8 Mart münasibətilə təbrik edib, onların fədakarlığını və möhkəm iradəsini yüksək qiymətləndirərək dərin ehtiramlarını bildiriblər.

Tədbirdə şəhid ailələrinin üzvləri – analar və xanımlar da çıxış edərək əziz şəhidlərimizin xatirəsinin daim uca tutulmasının önəmini vurğulayıblar. Tədbir Azərbaycanın Xalq artisti Nəzakət Teymurova və gənc xanəndə, IX “Muğam” televiziya müsabiqəsinin finalçısı Yusif Cəfərbəylinin vətənpərvər ruhlu bədii ifaları ilə davam edib.

Tədbirin sonunda Veysəloğlu Şirkətlər Qrupu tərəfindən şəhid ailələrinə hədiyyələr təqdim olunub.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA