Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb

img

05-03-2026 [12:05]


Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib.

Mia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallara görə, 40 yaşlı iş adamı ürək çatışmazlığından ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Məlumat üçün bildirək ki, M.Karabela Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən "DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialının rəhbəri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA