Əməkdar artistə yeni vəzifə verildi

img

05-03-2026 [11:18]


Əməkdar artist Nicat Kazımov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni vəzifəyə təyin olunub.

Mia.az Report-a istinadən xəbər verir ki, rejissor bundan sonra teatrın yaradıcılıq şöbəsinin müdiri vəzifəsini icra edəcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edib.

Qərara əsasən, "Teatr və teatr fəaliyyəti haqqında" qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəlləri yenidən işlənilərək təsdiqlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA