Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
05-03-2026 [11:49]
"Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) başlıca hədəfi ədalətli, şəffaf və dayanıqlı vergi sisteminin formalaşdırılmasıdır".
Mia.az xəbər verir ki, bunu DVX-nin rəisi Orxan Nəzərli "Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildib.
Onun sözlərinə görə, keçən ilin sonunda Dövlət Vergi Xidmətinin strukturunda əhəmiyyətli dəyişikliklər həyata keçirilib və bir sıra yeni qurumlar təsis edilib: "Strateji Planlaşdırma və Təşkilati Risklərin İdarə Olunması Baş İdarəsi, Daxili Audit Baş İdarəsi, Data Analitika İdarəsi "Big Data", süni intellekt və müasir analitika artıq vergi administrasiyalarının gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib.
Bu yeni istiqamətlər fəaliyyətin daha şəffaf, effektiv və nəticəyönümlü şəkildə qurulması məqsədilə formalaşdırılıb. Data analitika vasitəsilə risk modellərinin tətbiqini genişləndirəcək və vergidən yayınmanın müəyyən olunmasında proaktiv rolu gücləndirəcəyik".
O. Nəzərli vurğulayıb ki, əsas hədəf davamlı inkişafı dəstəkləyən rəqəmsal ekosistemin yaradılmasıdır.
Onun fikrincə, qarşıya qoyulan məqsəd təkcə rəqəmsallaşma deyil, ağıllı qərar qəbuletmə mexanizmini təmin edən, məlumatlara söykənən və davamlı tərəqqini stimullaşdıran rəqəmsal ekosistemin qurulmasıdır: "İstifadəçi yönümlü sistemlər, risklərin erkən müəyyənləşdirilməsi və rəqəmsal həllərin siyasət formalaşdırılmasına verdiyi dəstək bu ekosistemin əsas komponentlərini təşkil edir. Məhz bu yanaşma idarəetmədə çevikliyi, operativliyi və nəticəyönümlülüyü gücləndirir. Təsadüfi deyil ki, cari ildə ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət başçısı bu yaxınlarda keçirilən "Azərbaycanın Yeni Rəqəmsal Arxitekturası" adlı vahid fəaliyyət planına həsr edilmiş müşavirədə rəqəmsal inkişafın, süni intellektin tətbiqinin və data mərkəzlərinin yaradılmasının artıq qlobal tərəqqinin aparıcı meyllərindən birinə çevrildiyini vurğulayıb, bu istiqamətin ölkəmizin uzunmüddətli inkişaf strategiyasında prioritet mövqe tutduğunu qeyd edib".
Eyni zamanda, O. Nəzərlinin sözlərinə görə, dövlət qurumlarında rəqəmsallaşmanın dərinləşdirilməsi, süni intellekt və kibertəhlükəsizlik sahələrinə xüsusi önəm verilməsi, xidmətlərin vahid platformalar vasitəsilə təqdim olunması kimi məsələlər strateji vəzifə olaraq təyin edilib.
"Vergi inzibatçılığı da bu böyük transformasiya prosesinin ayrılmaz bir hissəsidir. Gələcəyin vergi sistemi artıq yalnız retrospektiv yanaşma ilə kifayətlənmir. Bu gün əsas sual "nə baş verib" deyil, "nə baş verəcək"dir. Real vaxt rejimində data analitikası, risk əsaslı nəzarət modelləri, məlumatların idarə olunması çərçivəsi, süni intellekt və maşın öyrənməsi qərarların intuisiyaya deyil, faktlara söykənərək verilməsini mümkün edir. Bu yanaşma həm dövlət, həm də vergi ödəyiciləri üçün daha proqnozlaşdırıla bilən, şəffaf və ədalətli mühitin yaranmasına şərait yaradır", - DVX-nin rəisi bildirib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi