İran prezidenti qonşu ölkə liderlərinə səsləndi: "Biz sizin köməyinizlə..."

img

04-03-2026 [21:15]


"İran qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır. Biz hesab edirik ki, regional sülh yalnız region ölkələri təmin etməlidir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeshkian bildirib.

Onun sözlərinə görə, İran bütün qonşu ölkələrə hörmətlə yanaşır: "Dost və qonşu ölkələrimizin hörmətli liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq, lakin Amerika-sionist hərbi hücumu bizi özümüzü müdafiə etməkdən başqa çarəsiz qoydu. Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq və inanırıq ki, regional sülh region ölkələri tərəfindən təmin edilməlidir..."

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA