“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
03-03-2026 [19:57]
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi “Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri” layihəsi çərçivəsində nəşr edilən “Qəlb cəbhəsi” kitabının Bakı şəhərində təqdimatı olub. Azərbaycan Universitetinin, "Ulduz" jurnalının və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə tələbələr, yazarlar, ictimaiyyət nümayəndələri iştirak edib.
Mia.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda baş tutan tədbiri salamlama nitqi və layihə haqqında geniş məlumat verməklə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar açıb. O, "Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri" layihəsinin mahiyyəti haqqında geniş məlumat verib, layihə çərçivəsində işıq üzü görmüş "Qəlb cəbhəsi" adlı kitabda 44 günlük Vətən müharibəsinin iştirakçısı olan yazarların yaradıcılıq örnəklərinin yer aldığını bildirib.
"Ulduz" jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair-publisist Qulu Ağsəs çıxış edərək, layihənin önəmindən bəhs edib, istər kitabda yer alan müəlliflərin yaradıcılıq nümunələrini oxumaq, istərsə də müharibə iştirakçısı olan yazarlarla canlı ünsiyyətin gənclər üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri Gülnar Rzayeva bu cür tədbirlərin tələbələr üçün böyük əhəmiyyət daşıdığını, onların bu cür görüşlərdən yüksək təəssüratlarla ayrıldıqlarını bildirib.
44 günlük Vətən müharibəsinin iştirakçısı, layihə çərçivəsində çap olunmuş kitabın həmmüəlliflərindən olan şair Kərəm Aydın çıxış edərək müharibə haqqında xatirələrini bölüşüb, şeirlər səsləndirib, gənclərin suallarını cavablandırıb.
Daha sonra Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının dosenti Xəyalə Cəfərova, “Ulduz” jurnalının şöbə redaktoru, şair Taleh Mansur layihə haqqında fikirlərini bölüşüblər.
"Qəlb cəbhəsi" kitabında yer almış şeir nümunələri Azərbaycan Universitetinin tələbləri tərəfindən səsləndirilib.
Sonda "Qəlb cəbhəsi" kitabı gənclərə hədiyyə olunub, tədbirə təltiflər və kollektiv foto ilə yekun vurulub.





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi