“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
05-03-2026 [09:48]
Mobil internetə və rəqəmsal xidmətlərə artan tələbat istifadəçilərin mobil cihazlar üzərindən internetə daha çox bağlı qalmasını zəruri edir. Dünya üzrə mobil data trafiki də bu tendensiyanı təsdiqləyir.
“Ericsson Mobility Report” məlumatlarına görə, bir smartfon üçün orta aylıq data istifadəsi yaxın illərdə əhəmiyyətli dərəcədə artacaq, operatorlar isə buna cavab olaraq paket həcmlərini genişləndirir və sərfəliliyi artırırlar. “Azercell” 06.04.2026-cı il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid “SuperSən”, “GəncOL”, “Sadə” və “İstəSən” tarif paketlərində dəyişikliklər edəcək. Şirkət bu addımla istifadəçilərin artan internet və mobil ünsiyyət tələbatını qarşılayır.
Bu məqsədlə bir sıra “SuperSən” tarif paketləri üzrə internet həcmi 1GB artırılacaq. “SuperSən 1GB”, “SuperSən 3GB”, “SuperSən 6GB”, “SuperSən 10GB” tarif paketləri müvafiq olaraq “SuperSən 2GB”, “SuperSən 4GB”, “SuperSən 7GB”, “SuperSən 11GB” tarif paketləri ilə əvəz ediləcək. Tarif paketlərinin qiymətləri isə müvafiq olaraq 8 AZN, 12 AZN, 17 AZN, 22 AZN təyin olunacaq.
Digər “SuperSən” tarif paketləri üzrə internet həcmi isə 2GB artırılacaq. “SuperSən 20GB”, “SuperSən 30GB” tarif paketləri “SuperSən 22GB”, “SuperSən 32GB” tarif paketləri ilə əvəz olunacaq. Tarif paketlərinin qiymətləri isə müvafiq olaraq 32 AZN, 42 AZN təyin olunacaq.
Eyni zamanda, “Azercell” gənc istifadəçilərin mobil ünsiyyət tələbatını nəzərə alaraq “GəncOL” tarif paketlərini optimallaşdıraraq həm əlavə internet, həm də danışıq dəqiqələri təqdim edib. Bütün “GəncOL” tarif paketləri üzrə danışıq dəqiqələri artırılacaq və WhatsApp tətbiqində (bütün funksiyalarından, yəni səsli və video zənglər, media paylaşımı və s.) istifadə üçün əlavə olaraq 500 MB internet həcmi təqdim ediləcək. “Həftəlik GəncOL” tarif paketində mövcud dəqiqə sayı 100 dəqiqə artırılaraq qiyməti 3,90 AZN təyin olunacaq.
“GəncOL 6” və “GəncOL 9” tarif paketlərində isə mövcud dəqiqə sayı 200 dəqiqə artırılaraq qiymətləri müvafiq olaraq 8 AZN və 11 AZN təyin olunacaq. Qeyd edək ki, bütün “GəncOL” tarif paketləri çərçivəsində WhatsApp və digər mesaj mübadilə sistemlərində mətn yazışmaları üçün cari imkanlar əvvəlki şərtlər ilə saxlanılacaq.
Bununla yanaşı “Sadə 6” tarif paketi çərçivəsində təqdim olunan bonuslardan əlavə olaraq 1GB internet trafiki təqdim olunacaq və “Sadə 8” paketi ilə əvəz ediləcək. Paketin qiyməti 8 AZN təşkil edəcək. “İstəSən” tarif paketi çərçivəsində paketin başlanğıc internet həcmi 4GB-dək artırılacaq, qiyməti isə 9 AZN təyin ediləcək.
Bu yeniliklər abunəçilərə daha sərfəli və geniş imkanlar təqdim etməklə onların gündəlik ünsiyyət və sosial fəaliyyətlərini dəstəkləyir. Tətbiq ediən dəyişikliklər danışıq, yazışma və internet istifadəsi baxımından istifadəçilərin ehtiyaclarına cavab verir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi