SEPAH: "Bəhreyn, BƏƏ və Küveyti deyil, oradakı ABŞ bazalarını vururuq" - ABŞ bazalarındna biri tam məhv edilib?

img

03-03-2026 [09:05]


İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin donanmasına, Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ Minhad Bazasına və Küveytdəki Amerika bazasına raket və dronlarla zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə SEPAH açıqlama yayıb.

Bildirilib ki, gecəyarısı Bəhreyn, BƏƏ və Küveytdəki ABŞ bazaları vurulub: "Sadiq Vəd 4" Əməliyyatının 11-ci dalğası çərçivəsində Küveyt, BƏƏ, Bəhreyn və Hörmüz boğazındakı ABŞ ordusunun sabit və mobil hədəflərinə 26 dron və 5 ballistik raketlə zərbə endirdik. Eyni zamanda, Küveytdəki Arifcan ABŞ bazasına 12 dronla zərbə endirilib. Bəhreyndəki Minhad Bazasındakı ABŞ hərbi komandanlıq və idarəetmə mərkəzinin 6 dron və 5 ballistik raketlə, Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin obyektləri isə 6 dronla məhv etdik".

SEPAH xüsusi vurğulayıb ki, İran bu ölkələri deyil, yalnız oradakı ABŞ bazalarını hədəf alır. 

Məlumatda peyk görüntüləmə şirkəti Planet Labs tərəfindən əldə edilən və New York Times tərəfindən təhlil edilən peyk görüntüləri də yayılıb. Oradan görünür ki, İran hücumları ilə  bölgədəki ən böyük ABŞ Hərbi Dəniz Qüvvələri bazası olan Bəhreyndə 5-ci Donanmanın qərargahındakı bir çox bina tamamilə dağılıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA