Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar

img

02-03-2026 [16:08]


İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.

Mia.az Fonda istinadla xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə 05.03.2026-cı il tarixində saat 11:00-dan etibarən, güzəştli ipoteka kreditləri üzrə isə 06.03.2026-ci il tarixində saat 11:00-dan etibarən başlanılacaq.

Müraciətlərin qəbulu "Elektron ipoteka və kredit zəmanət" sistemi (www.e-gov.az) üzərindən elektron imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcək.

Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinə qədər elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.

İpoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin "Elektron hökumət" portalının və "mygov" platformasının müvafiq bölmələrində yerləşdirilib.

2025-ci ildə İKZF-nin xətti ilə 443 milyon manat kredit verilib. Bu, 2025-ci illə müqayisədə 0,7 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 2,8 % azalaraq 434,9 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 8,3 % artaraq 650 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8,9 % azalaraq 79,9 milyon manata düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA