İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi

img

03-03-2026 [11:41]


İranla yanaşı, Livanda da müharibə başlayıb. Bu gün az əvvəl İsrail ordusu iki gündür bombaladığı Livanın paytaxtı Beyrutun bir hissəsi və ölkənin cənubuna işğal planını təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, havadan güclü dəstək verilməklə İsrail quru qoşunları Livana genişmiqyaslı ilhaq əməliyyatına start verib.

İsrailin müdafiə naziri ordunun Livan daxilində bir çox strateji ərazilərə nəzarəti ələ keçirmək məqsədiylə sərhədi keçidiyini təsdiqləyib: "Hərbçilərimiz inamla irəliləyir".

Bu arada isə İranın dəstəklədiyi Hizbullah qruplaşması İsrailə qarşı dirəniş və əks hücum  vədi verib: "Artıq müharibə başlayıb..."

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA