Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...

img

02-03-2026 [17:59]


Bəs SOCAR -da aparılan struktur dəyişikliyi, "optimallaşma” adı atında kütləvi ixtisarlar Baş ofisə aid deyil ki?!

Mia.az xəbər verir ki, bu sualı Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk-dakı hesabında verib.

O, daha sonra illər üzrə maraqlı statistika açıqlayıb.

Statistikadan görünür ki, aşağı tabeli qurumlarında sıravi işçilər, hətta xadimələr müxtəlif bəhanələrlə ixtisara salınsa da, SOCAR-ın Mərkəzi Aparatında əksinə olub. Yəni, rəhbər vəzifəli işçilərin sayı az qala iki dəfə artıb.

Komiə sədrinin illər üzrə açıqladığı statistikaya diqqət edin:

"01.01.2021-ci il tarixə SOCAR-ın Baş ofisi üzrə işçilərin sayı - 629 nəfər

- 01.01.2022-ci il tarixə SOCAR-ın Baş ofisi üzrə işçilərin sayı - 645 nəfər

- 01.02.2024-ci ildə SOCAR-ın Baş ofisində işçilərin sayı - 925 nəfər.

Yəqin ki, il ərzində əlavə qəbullar da olub. Bunlardan 65 nəfəri şirkət prezidentinin və vitse prezidentlərin müşavir, müavin və köməkçiləridir".

Samir MUSAYEV

mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA