Misirdən İrana çağırış: "Ərəb ölkələrinə hücumları dayandırın!"

img

03-03-2026 [00:11]


Misir İrana çağırış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdül Fəttah bəyanat verib.

O, bəyanatında İrandan ərəb ölkələrinə hücumları dərhal dayandırmağı və regiondakı gərginliyi azaltmağı tələb edib.

Nazir bəyanatında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Oman, Bəhreyn, İraq, İordaniya və Suriyanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqları apardığını da qeyd edib: "Mən ərəb ölkələri XİN başçıları ilə söhbətimdə onlara tam həmrəyliyimizi bir daha təkrarladım və İranın haqsız hücumlarını pislədim. İran ərəb dövlətlərini hədəf almağı dərhal dayandırmalıdır. Bu, çox vacibdir".

Nazir daha sonra tərəfləri - ABŞ-İsrail və İranı bölgədə gərginliyin azalmağa və dialoqa səsləyib 

Xatırladaq ki, ABŞ-İsrail hücumlarına cavab olaraq İran  Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Oman, İordaniya, Suriya və İraqdakı ABŞ bazalarına zərbələr endirir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA