Gömrük Komitəsi “Temu” ilə gizli anlaşma əldə edib? - Gömrük, Çin şirkəti və "Azərpoçt" onlayn bazarı öz aralarında "bölüb"
27-02-2026 [09:07]
Azərbaycanda karqo bazarında yeni proseslər başlayıb.
Mia.az Yenicag.az-a isttinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsi Çinin məşhur onlayn ticarət platforması olan “Temu” ilə danışıqlar aparıb və xüsusi şərtlər təklif edib. Komitə şirkətə malların özlərinin müəyyən etdiyi marşrut vasitəsilə göndərilməsini tövsiyə edib və qarşılığında daha sürətli çatdırılma vəd edib.
Bildirilir ki, təklifə əsasən, mallar əlavə anbar mərhələsində saxlanılmadan birbaşa ünvana yönləndiriləcək. Hazırda fəaliyyət göstərən özəl karqo şirkətlərində isə bağlamalar müştəriyə çatdırılmamışdan əvvəl bir neçə gün anbarlarda qalır. Yeni mexanizmdə isə bu mərhələnin aradan qaldırılacağı iddia olunur.
Məsələ bununla da bitmir. Dövlətə məxsus “Azərpoçt” MMC bazara “Postkarqo” adlı yeni törəmə şirkətlə daxil olub. Yeni qurumun əsas fəaliyyəti məhz xaricdən onlayn sifarişlərin daşınmasıdır. Şirkətin bazara olduqca aşağı qiymətlərlə daxil olduğu bildirilir.
Bazar iştirakçıları hesab edir ki, “Azərpoçt” dövlət dotasiyası aldığı üçün ilkin mərhələdə mənfəət barədə düşünmür və əsas məqsəd bazarda pay qazanmaqdır. Onların sözlərinə görə, təklif edilən qiymətlər real bazar şərtləri ilə müqayisədə xeyli ucuzdur və bu, özəl karqo şirkətlərini çətin vəziyyətə salır.
Hazırda bir sıra özəl karqo şirkətlərinin maliyyə baxımından ciddi problemlərlə üzləşdiyi deyilir. Sektor nümayəndələri hesab edirlər ki, bu proses davam edərsə, bazarda müflisləşmələr qaçılmaz ola bilər.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. Lakin görünən odur ki, onlayn ticarətin sürətlə artdığı bir dövrdə karqo bazarında rəqabət daha da sərtləşir və yeni oyun qaydaları formalaşır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub
Mədəniyyət sahəsində qrantlar... - Maliyyələşmə qaydası haqda yeni qanun qəbul edildi
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq
Daha bir kollec direktoru vəzifədən azad edildi
"Kinematoqrafiya haqqında" qanuna dəyişib
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun dəyişdi - Nələr olacaq?
ABŞ-də azərbaycanlı tələbə saxlanılıb - Mamdani Trampla danışıb sərbəst buraxdırdı (FOTOLAR)
Zahid Oruc Milli Məclisdə: "Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik”
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL