"Bu, müştərilərin sektora olan inamını sarsıdır" - "Mərkəzi Bank yoxlanılmadan, auditlərdən keçmədən..."
25-02-2026 [15:12]
““m10”la bağlı son baş verənlərdə iki istiqamət əsas seçilir. Birincisi, “m10” elektron pul kisəsinə, sistemlərinə hansısa kiber müdaxilə həyata keçirilib. Digər variant isə budur ki, “m10”da mövcud olan qaydalar sərtləşib, nəzarətedici və tənzimləyici qurumların göstərişi, təlimatı ilə vəsaitlərin geniş təftişinə başlanılıb, hansısa şübhəli köçürmələr, əməliyyatlar, mənbəyi məlum olmayan maliyyə vəsaitlərimin hamısı bloklanıb. Hər iki istiqamət üzrə narahatedici məqamlar çoxdur. Kibertəhlükəsizlik üzrə danışsaq, nəzərə almalıyıq ki, bu cür şirkətlərin finteks sferasında, maliyyə xidmətləri göstərən şirkətlərin fəaliyyətinə nəzarət Mərkəzi Bank tərəfindən olunur. Tənzimləyici və nəzarətedici qurum Mərkəzi Bankdır. Bu cür təşkilatların infrastrukturu yoxlanılmadan, auditlərdən keçmədən, müəyyən reytinq qiymətləndirilməsi almadan fəaliyyət göstərmələrinə icazə verilməməlidir. O demək deyil, mütləq şəkildə deyirəm ki, kiber müdaxilə, yaxud auditlər həyata keçirilib, ya yox... Bu barədə ictimaiyyətə açıq rəsmi məlumat yoxdur. Biz ehtimallarımızı irəli sürürük”.
Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında İKT üzrə mütəxəssis Fərhad Mirəliyev deyib.

Mütəxəssis bildirib ki, sosial şəbəkələrdə təkcə “m10”la bağlı deyil, digər bankların da müstəriləri tərəfindən xeyli sayda vəsaitlərin bloklanması, onlardan imtina olunması əvəzində, hesabın açılması kimi məsələlərə rast gəlinir: “Belə izah edirlər ki, bu, bankların maliyyə sferasında çalışan təşkilatların öz şəxsi təşəbbüsləri deyil, daha yuxarı tənzimləyici və nəzarətedici təşkilatların göstərişi ilə həyata keçirilən addımlardır. Dediyim kimi, burada əsas təşkilat Mərkəzi Bankdır. Narahatedici məqam budur ki, insanlar bir-birilərinə hansısa məqsəd, yaxud sövdələşmə çərçivəsində müəyyən vəsaitlər göndərirlərsə, o zaman həmin hesablarda olan vəsaitin bloklanması halları kütləvi şəkildə müşahidə edilir. Əlbəttə, böyük məbləğlərdən söhbət getmir. 100-200, hətta 500 manat dəyərində məbləğlərin də bloklanmasından söhbət gedir. Çox təəssüf doğurur ki, bu cür kiçik məbləğlər təftiş olunur, yoxlanılır. İndiki dövrdə bu cür yoxlamalar müştərilərin sektora olan inamını sarsıdır. Kütləvi şəkildə insanlar artıq bu xidmətlərdən istifadə etməyə çəkinirlər, yaxud digər alternativ yollar axtarırlar. Haqlı məsələlər də ola bilər. Bilirik ki, “m10” üzərindən kriptovalyuta alış-verişi, mərc oyunları saytlarına köçürmələr həyata keçirilirdi. Bu cür hallar fərdi qaydada araşdırıla bilər. Amma kütləvi şəkildə hesablarda olan məbləğlərin bloklanması xeyli sayda insanı narazı salır. Bu cür layihələr, yaxud start-aplar bazarda özünü tanıtmış təşkilatlar xeyli sayda müştəri itirilməsinə səbəb olurlar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi