Dini konfessiyalar Xocalı soyqırımının ildönümü ilə bağlı birgə bəyanat yayıb - MƏTN
25-02-2026 [12:14]
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.
Mia.az xəbər verir ki, bəyanat Qafqaz Müsəlmanları İdarəsində soyqırımın ildönümü ilə bağlı keçirilən tədbirdə səsləndirilib.
Bəyanatı təqdim edirik:
"Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir. Bu qətliamdan bir neçə gün əvvəl - 1992-ci ilin fevralın 17-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində yerli azərbaycanlı əhalini kütləvi qırğına məruz qoymuş və öz cinayətlərini misli görünməmiş qəddarlıqla davam etdirərək, fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərində soyqırımı törətmişlər. Ağır hərbi texnikanın tətbiqi ilə davam edən qırğınlar nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə-yeksan edilib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər azərbaycanlı öz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Ağlasığmaz qəddarlıqla 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Qəddar ekstremistlər insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyitlərin üzərində vəhşi həqarətlər ediblər. Sağ qalanlar içərisində 487 dinc sakin ağır yaralar nəticəsində əlil olub. Girov götürülən 1275 nəfər vətəndaşdan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.
Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi əsassız ərazi iddiaları və təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərininin 20 faizi 30 ilə yaxın işğal altında saxlanılıb, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, fiziki və mənəvi terror həyata keçirilib, bir milyondan artıq insan Ermənistandakı və Azərbaycanın Qarabağ bölgəsindəki öz ata-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkün məşəqqətini yaşamağa vadar edilib, onların insan hüquqları kobud şəkildə pozulub, yüzlərlə şəhər və kənd, Azərbaycan xalqının qədim və zəngin mədəni irsi dağıdılaraq talan edilib.
Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan müqəddəs Vətən müharibəsində Azərbaycan beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq əzəli torpaqlarını 30 illik işğaldan qurtardı, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. 2023-cü ilin sentyabrında antiterror əməliyyatı nəticəsində separatçı rejimə son qoyuldu, Azərbaycanın suverenliyi tam bərpa olundu.
Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti ilə yanaşı, həm də 30 illik işğal zamanı Azərbaycanın dini-mədəni və tarixi irsinə qarşı hərbi cinayətlər və vandalizm aktları həyata keçirib. Həmin ərazilərdə yerləşən məscidlər və digər dini məbədlər, qəbristanlıqlar erməni vandalizminə məruz qalıb, rus pravoslav və qədim Alban xristian kilsələrinin mənşəyinin dəyişdirilməsi siyasəti həyata keçirilib. Erməni ekstremistləri tərəfindən bölgədə işğaldan əvvəl rəsmi qeydiyyatda olmuş 67 məsciddən 65-i tamamilə dağıdılıb, məscidlər tövləyə çevrilib, orada İslamda haram buyurulan heyvanları saxlayaraq bütün İslam aləminin heysiyyətini açıq-aşkar təhqir ediblər. İşğaldan azad edilmiş ərazilərimizə müşahidəçi missiyası ilə gələn xarici qonaqlar bu yerləri "Qafqazın Xirosiması", "ruhlar şəhəri" adlandırırlar. İşğalçılar Azərbaycan torpaqlarını tərk edərkən həmin ərazilərdə "yandırılmış torpaq" siyasəti tətbiq edib, yüz minlərlə mina yerləşdiriblər. Müharibədən sonra erməni dini liderləri revanşist bəyanatlarla öz xalqını region üçün son dərəcə zəruri olan sülhə deyil, yeni müharibəyə çağırırlar. Ermənistanla Azərbaycan arasında sülh prosesində müsbət dinamika artdığı zamanda erməni kilsəsinin başçıları beynəlxalq qurumlara və dini təşkilatlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın guya xristian abidələrini məhv etməsi barədə yalançı və böhtan xarakterli dezinformasiyalar yayır, Qarabağda Ermənistanın törətdiyi vandalizmdən diqqəti yayındırmaq məqsədilə əsl həqiqətləri pərdələməyə çalışırlar.
Biz uzun illər ərzində bütün tərəqqipərvər ictimaiyyətə müraciət edərək Xocalı soyqırımına biganə qalmamağa və bu dəhşətli faciəni törədənlərin mühakimə olunması üçün öz səslərini ucaltmağa çağırmışıq. Beynəlxalq təcrübə göstərir ki, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi əksər hallarda ayrı-ayrı dövlətlərin imkanlarını aşan mürəkkəb hüquqi və siyasi prosesdir. Qarabağ Zəfərinin ardınca Qarabağda erməni separatçı rejim rəhbərləri, əli Azərbaycan xalqının qanına bulaşmış terrorçular, o cümlədən Xocalı qatilləri Azərbaycan məhkəməsi və Azərbaycan xalqı qarşısında cavab verir, layiq olduqları cəzaya məhkum olunurlar. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması, Xocalı cinayətkarlarının layiqli cəza almaları Azərbaycan xalqının haqlı tələbidir. İnsanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin mühakiməsi ümumbəşəri ədalətin təntənəsidir və beynəlxalq ictimaiyyət bu prosesə dəstək nümayiş etdirməlidir.
Xocalı faciəsinin 34-cü ildönümündə faciənin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Bu gün Xocalı şəhəri yenidən inşa olunur, mənəvi adidələrimiz yenidən qurulur, Xocalı sakinləri öz doğma yurdlarına qayıdırlar. Lakin Xatın, Gernika, Sonqmi və buna bəzər insanlıq faciələrinin günahsız qurbanları kimi Xocalı qurbanlarının da ah-naləsi qəlblərimizdən silinmir, günahsız uşaq, qadın, qocaların qırılmış taleləri unudulmur. Dünya bir daha belə faciələri yaşamasın deyə bu faciələr unudulmamalı, beynəlxalq səviyyədə qınanılmalı və günahkarlar layiqli şəkildə cəzalandırılmalıdırlar.
Azərbaycan hazırda bölgənin, o cümlədən Ermənistanın da rifahına xidmət edə biləcək iqtisadi layihələrlə çıxış edir. Azərbaycan və Ermənistan rəhbərliklərinin sülh istiqamətində real addımlar atdıqları bir zamanda dünya ictimaiyyəti Ermənistanın bəzi siyasi və dini dairələrinin erməni xalqını yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına göz yummamalıdır.
Azərbaycandakı dini konfessiyalar regionumuzda hər hansı hərbi aqressiyaya, müharibə və nifrət çağırışlarına, dini və etnik dözümsüzlüyə, revanşizm meyillərinə son qoyulmasına, dövlətlər və xalqlar arasında mehriban qonşuluğun, sülhün və əmin-amanlığın bərqərar edilməsinə tərəfdar olduğunu bəyan edirlər. Biz bir daha dünya dini liderlərini, beynəlxalq təşkilatları, parlamentləri və dünya ictimaiyyətini bu uca məqsədlər naminə birgə səylər göstərməyə dəvət edirik.
Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!".
Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili və Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev imzalayıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xocalı soyqırımından 34 il ötür
Prezident Xocalı faciəsi ilə bağlı paylaşım etdi - FOTO
"İNDİ AZƏRBAYCAN ELƏ GÜCLÜDÜR Kİ..." - Prezident Xocalı və Xocavəndə + VİDEO, FOTOLAR (YENİLƏNİB)
İran XİN başçısı İsveçrəyə getdi - ABŞ-la danışıqlar üçün
Belçikada ehtiyat hərbi xidmət yaş həddi qaldırıldı - 67 yaş oldu
Ramazanın 8-ci gününün duası: imsak və iftar vaxtı
“Azercell” “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır
Ərdoğan partiya sədri ilə qapalı görüş keçirib
BİR PEŞƏKAR MƏDƏNİYYƏT İŞÇİSİNİ İTİRDİK...
TELEKANALLARDAKI "YÜNGÜL VERİLİŞLƏR"İN YAYIMI DAYANDIRILIB? - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Xalq artistlərinə "Fəxri diplom"lar verilib
"Mənə zəng edib dedilər ki, o videonu sil" - Səidə Sultan danışdı
Cavanı 86, qocası isə 99... - İclasda yuxulayan akademiklərlə bağlı maraqlı ARAŞDIRMA
İcra başçısı 30 işçini vəzifədən çıxarıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Caner Erkin komandadan qovuldu - 12 oyuna 4 qırmızı vərəqə almışdı
“Nar” və AzTU rəhbərliyi bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib - FOTOLAR
MN-də dəyişiklik - Nazir idarə rəisini vəzifəddən azad etdi
Havanın temperaturu dəyişəcək - Xəbərdarlıq
Şagirdlərin elektron yerdəyişməsi başlayıb
Lalə Babazadə 36 aylıq diskvalifikasiya olunub
"Bu, müştərilərin sektora olan inamını sarsıdır" - "Mərkəzi Bank yoxlanılmadan, auditlərdən keçmədən..."
FİFA daha bir türk klubunu cəzalandırdı - Super liqa komandasına transfer qadağası qoyuldu
Fəhlə binadan yıxılıb öldü
"Moody's" Azərbaycanla bağlı proqnozunu yeniləyib
ALLAHŞÜKÜR PAŞAZADƏNİN OĞLU MÜŞAVİR VƏZİFƏSİNDƏN ÇIXARILDI - Yeni sədrdən dəyişiklik
Türkiyə yığmasının müdafiəçisi Almaniya vətəndaşlığı alır - "Barselona" onu istəyir
AFFA rəsmiləri Albaniyada seminara qatılıblar
Bayramyaxınlaşır, qiymətlər bahalaşır - Açıqlama
"Məni gözlədilər, sonrakı dinirmədə də iştirak etmişəm" - Gültəkin Hacıbəylinin vəkilindən açıqlamalar
Bu həftə Rumıniyadakı bütün məscidlərdə Xocalı şəhidlərinin ruhuna dualar olunacaq - Tədbir + FOTOLAR
"Maaşım tam ödənilmədi, uçuş xərclərimi özüm qarşıladım və..." - "Araz Naxçıvandan şikayət var
AMEA-da iclas, yoxsa yuxu zalı? - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Dini konfessiyalar Xocalı soyqırımının ildönümü ilə bağlı birgə bəyanat yayıb - MƏTN
Anar Kərimova daha bir vəzifə verilib
İlham Əliyev Lənkəranda - FOTOLAR
FƏLƏSTİNLİ UŞAQ VƏ...
“Qarabağ”ı qarşılamağa 10-15 nəfər gəldi - Qurbanovun oğlu isə bazarlıqdan qalmayıb + FOTOLAR
ABŞ İsrailə daha 12 ədəd F-22 qırıcı yerləşdirib