Bu həftə Rumıniyadakı bütün məscidlərdə Xocalı şəhidlərinin ruhuna dualar olunacaq - Tədbir + FOTOLAR
25-02-2026 [13:03]
Buxarestdə Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Azərbaycanın Rumıniyadakı Səfirliyiindən Mia.az-a bildirtlib ki, tədbirdə Rumıniyada fəaliyyət göstərən xarici ölkələrin səfirləri və akkreditə olaunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, Rumıniya Parlamentinin deputatları, siyasi-ictimai, elm və mədəniyyət xadimləri, habelə Rumıniyadakı Azərbaycan, tatar və türk icmalarının üzvləri, iş adamları iştirak ediblər.
Tədbirin əvvəlində mərasim iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov açaraq Xocalı soyqırımı barədə məlumat verib. O, soyqırımının dünyada tanınması və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət!” kampaniyası barədə danışıb.
Səfir bildirib ki, hazırda Xocalı və digər azad edilmiş ərazilərin bərpası və buraya əzəli sakinlərin qayıtması dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Həmçinin o, soyqırımının günahkarlarının bir qisminin Azərbaycanda qanun qarşısında layiq olduqları cəzanı aldiqlarını, məsuliyyətdən müvəqqəti yayınanların isə bir gün erməni xalqı və Ermənistan rəhbərliyi tərəfindən cəzalandırılacağına inandığını ifadə edib.
Cari ildə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirən Q.Osmanov Cənubi Qafqazın Şərq və Qərb arasında nəqliyyat qovşağına çevriləcəyini vurğulayıb.
Daha sonra çıxış edən Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan ölkəsinin Azərbaycana qeyd-şərtsiz dəstəyinin bundan sonra da davam edəcəyini, 44 günlük Vətən müharibəsindəki zəfər sayəsində Qafqazın artıq müharibələr deyil, sülh regionuna çevrildyini vurğulayıb.
Rumıniya Parlamentinin deputatı Amet Varol çıxışında Qarabağa səfərindən, Xocalı və Şuşaya ziyarətindən bəhs edib, Xocalı qurbanlarının ailələrinə başsağlığı verib. O, Rumıniyanın regionda əsas müttəfiqinin Azərbaycan olduğunu qeyd edib və ölkəsinin regionda sülh və sabitlikdə maraqlı olduğunu nəzərə çatdırıb.
Rumıniya Müsəlmanlarının müftisi Yusuf Murat Xocalı soyqırımının günahsız qurbanlarınn xatirəsinə dualar oxuyub, eyni zamanda bu həftə Rumıniyadakı bütün məscidlərdə cümə namazında Xocalı şəhidlərinin ruhuna duaların olunacağını açıqlayıb.
Rumıniyanın Azərbaycandakı ilk səfiri, professor Tasin Cemil qaçqın düşərgələri ilə tanışlığından və acı xatirələrindən bəhs edib, dünyanın həmin vaxt ölkəmizdə baş verən faciəyə, 1 milyon qaçqın və məcburi köçkünün taleyinə biganə qaldığını qeyd edib.
Rumıniyada nəşr olunan “Geopolitika” jurnalının təsisçi direktoru və baş redaktoru, tanınmış jurnalist Vasili Simileanu qeyd edib ki, Xocalı faciəsi dünyanın digər nöqtələrində təkrarlanması üçün beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənməlidir. O, dəhşətli hadisəni bəşəriyyət üçün utanc adlandırıraq, soyqırımının törədilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.
Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub, həmçnin tədbir iştirakçılarına soyqırımına və ölkəmizdəki mina probleminə həsr edilmiş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən ətraflı məlumat verilib.
Daha sonra mərasim iştirakçıları üçün xüsusi olaraq Azərbaycandan gətirilmiş milli şirniyyatlardan ibarət ehsan süfrəsi açılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi