"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi

img

24-02-2026 [00:16]


Cavanşir Babalioğlu

***

Bu gün gündəmi zəbt edən məsələ məni çox məyus etdi.

Məni Səidə Sultan ilə Natavan Həbibi 2004-cü ildə tanış etmişdi. Yeddi il dostluq etdik. Ailəsini – anasını, bacılarını tanıdım, sevdim. Bu gün danışmırıq deyə həqiqəti deməmək olmaz. Səidənin narkotiklə heç bir əlaqəsi yoxdur. Onun gözləri atasına bənzəyir və həssas, tez yaşaran gözlərdir. İllərdir bu səbəbdən haqqında əsassız şaiyələr yayılıb. Nahaq danışmayaq.

Dostluğumuz mənim istəyimlə bitdi. Səbəb isə onun bəzən başqasının sözünə tez inanması idi. Amma bu, onun istedadına kölgə sala bilməz. Üzülürəm ki, belə bir istedadın adı bu cür söhbətlərdə hallanır. Hər şeydən əvvəl o, xanımdır. Məncə bu mövzu bağlanmalıdır.

Tarix Əliyev haqqında da demək istəyirəm ki, o da bacarıqlı insandır. Bəlkə müğənni və ya aktyor deyil, amma ruhu incəsənət üçündür. Röya Ayxan ilə yollarını ayıranda onun istedadını görüb yanında olmuşam. O da bu şou-biznes aləmində əziyyətlə öz yerini tutub.

Səhvsiz insan yoxdur. Amma şəxsi həyatı sənətə qatmaq doğru deyil. Heç kim heç kimin anası, bacısı, qardaşı deyil. Sənət aləmində əsas olan tanınmaq və ulduz olmaqdır. Siz hər ikiniz “dayday”sız, öz zəhmətinizlə bu yerə gəlmisiniz. Bir-birinizə düşmən olmayın. Bu dünya keçicidir.

Televiziya məktəb deyil. Maarifləndirmə olmalıdır, amma əyləncə də olmalıdır. Demokratik cəmiyyətdə yaşayırıq. Sovet dövrü deyil. Qanun çərçivəsində hər kəs maddi imkanı ilə istədiyini təqdim edə bilər. Qüsurlar olub, olacaq da. Bunun üçün qurumlar var. Heç kim kiməsə “bunu oxuma, onu göstərmə” deyə bilməz.

Səidə, çətinliklər olsa da yeni mahnılar təqdim et, oxu. Tolik, sən də verilişinə fokuslan. Kişi olaraq bu söhbəti bağlamaq sənin böyüklüyün olar. O, xanımdır. Əsəbiləşib deyib, sən də demisən – oldu, bitdi. Davam etdirmək kişilik deyil. Əksinə, atasız böyüyən cəmiyyətimizin istedadlı xanımına qardaş kimi sahib çıxmaq hörmət qazandırar.

Düşmənçilik heç kimə başucalığı gətirməyib. Davanın qalibi olmur.

Hər ikinizə hidayət və uğurlar arzulayıram. Lütfən, Barışın!

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA