Yeznə-qayın Ramiz Mehdyevə görə bir-birindən şikayətçi oldu - Məhkəmə qalmaqalı
23-02-2026 [15:21]
Azərbaycanlı iş adamı Şahəddin Abdullayev qaynı Oqtay İbrahimovu xüsusi ittiham qaydasında məhkəməyə verib.
Mia.az Teleqraf-a istinadla xəbər verir ki, buna səbəb Oqtay İbrahimovun media vasitəsilə Şahəddin Abdullayevi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə iş birliyində ittiham etməsidir.
Belə ki, O.İbrahimov mətbuatda Ş.Abdullayevin dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin “qara kassa”sı adlandırıb.
Bundan başqa Oqtay İbrahimov bildirib ki, iş adamı Ramiz Mehdiyevə hakimiyyətin zorla ələ keçirmək planlarının həyata keçirilməsində və digər pərdəarxası fəaliyyətlərində ona hərtərəfli dəstək olub. Onun sözlərinə görə, Şahəddin Abdullayev məhz Ramiz Mehdiyevin sayəsində 25 ilə yaxın müddət ərzində Ukraynanın Mariupol Metallurgiya Zavodundan vaqonlarla dəmir məmulatları gətirərək, Azərbaycanda bu sahədə monopoliya qurub və inanılmaz sərvətə sahib olub.
Qaynı kürəkəni olan iş adamını eyni zamanda, S.Vurğun küçəsində “Zabitlər bağı” ilə üz-üzə inşa etdirdiyi yaşayış kompleksindən Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə ev hədiyyə etdiyini də bildirib. Onun sözlərinə görə, Ş.Abdullayev Ramiz Mehdiyevin hakimiyyətdə mövqeyinin zəiflədiyi dövrdə qanunsuz yollarla Türkiyənin İstanbul şəhərində 5 milyon dollar dəyərində “Eurobond” istiqrazları yerləşdirib, eyni zamanda, İstanbuldakı “Burhan” bankına yarım milyon dollar əmanət qoyub.
Ş.Abdullayev məhkəmədə Ramiz Mehdiyevlə münasibətlərini təkzib edib, onunla hər hansı əlaqəsinin olmadığını bildirib. Bu səbəbdən qaynı Oqtay İbrahimovun onun barəsində səsləndirdiyi ittihamlara görə 6 ay müddətinə həbsini istəyib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində çıxış edən Oqtay İbrahimov özünü təqsirli bilməyib. O, Şahəddin Abdullayevlə yaxın qohum və dost olduğundan Ramiz Mehdiyevlə olan yaxınlığı, sonuncu vasitəsi ilə əldə etdiyi toxunulmazlıq və pullar barədə məlumatlı olduğunu bildirib. Oqtay İbrahimov bütün bu bildikləri barədə müvafiq dövlət orqanlarına açıq məktublar yazdığını açıqlayıb. O, sonda məhkəmədən bəarət verilməsini xahiş edib.
Oqtay İbrahimovun əməlində Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilib.
MİA.AZ
Meksikada gərginlik böyüyür - 55 nəfər öldürülüb
"Kişi olaraq bu söhbəti bağlamaq..." - Cavanşir Babalioğlu Toliklə Səidə Sultana çağırış etdi
Türkiyə UEFA-dan nə qədər qazandı? - Üç klub, 66.7 milyon avro...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqasının 1/8 finalı: hansı oyun hansı kanalda olacaq?
Hesablama Palatasının Kollegiya iclası keçirilib
“Azercell” “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Ramazanın 6-cı gününün duası: imsak və iftar vaxtı
Mingəçevirdə qadın bıçaqlanıb
İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO
Əli Əsədov yeni qərar imzalayıb
FHN-in şöbə müdiri haqda şok iddialar yayan bloger prokurorluğa çağırıldı - VİDEO, FOTO (Yenilənib)
MÜĞƏNNİ RUHİNİN BACISININ ƏRİ HƏBS EDİLDİ - Səbəb (Yenilənib)
İmamoğlunun qaynının narkotesti neqativ çıxdı - FOTO
QARADAĞDA MƏMUR HƏBSLƏRİ - Yeni qərar verildi
Mariya Stadnik məşqçi təyin olunub
Dik Advokat istefa verdi - Açıqlamalar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
CHP-nin qalmaqallı qurultayı - Məhkəmə prosesi təxirə salındı
Astarada iki nəfər 10 kq narkotiklə saxlanıldı
Caner Erkin rekord yeniləyib - Millinin keçmiş oyunçusu 12 matçda 4 qırmızı vərəqə aldı
Ceyhun Bayramov Qambiya XİN başçısı ilə telefonda danışıb
AGENTLİK SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Yeni təyinat
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Yeddi professor Elmi Şuradan çıxarılıb - QALMAQAL
Okan Buruk "Yuventus"la oyuna kimlərlə çıxacaq? - Heyət müəyyənləşir
Azərbaycanda bu sahələr rüsumdan azad olunub
Suraxanıda yaşlı qadın küçədə ölüb
ÇL: "Yuventus" - "Qalatasaray" oyununun hakimi açıqlandı (FOTO)
AAYDA işçiləri maaş ala bilmir
İsrail Qəzzanı yenı vurdu - Ölənlərin sayı 72073-ə yüksəldi
Bakıda 53 yaşlı kişi öldürülüb (Yenilənib)
Şeyxin qudası ölkəni tərk etdi: "Türkiyədən də Amerikaya gedəcək"
“Bakcell” və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib - FOTOLAR
XİDMƏT RƏİSİ GENERALI ÖZÜNƏ KÖMƏKÇİ GÖTÜRDÜ - Maraqlı təyinat
Sabah hava necə olacaq? - Proqnoz
Prezident daha iki qanunu təsdiqlədi - Dəyişiklik
Xəzərin sahillərində minlərlə quş tələf olub - FOTOLAR