Hesablama Palatasının Kollegiya iclası keçirilib

img

23-02-2026 [21:17]


Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Mia.az Palataya istinadla xəbər verir ki, iclasda ilk olaraq qurumun sədr müavini Nəsir Sadıqov keyfiyyətin idarəedilməsi fəaliyyəti çərçivəsində monitorinq və düzəltmə (sağlamlaşdırma) işinin təşkili məsələsini təqdim edib. O, qeyd edib ki, müvafiq fəaliyyət auditin keyfiyyətinin və səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müzakirələr zamanı monitorinq prosedurlarının sistemli tətbiqi, aşkar edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin vaxtında və effektiv icrası ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadə Dövlət Auditi İnformasiya Sisteminin qurulması üzrə həyata keçirilən fəaliyyətlərin mövcud vəziyyəti barədə məlumat təqdim edib.

Daha sonra V.Gülməmmədov illik fəaliyyət hesabatında tətbiq edilməli yeniliklər, o cümlədən fəaliyyətin təsirinin qiymətləndirilməsi ilə bağlı məsələlərə toxunub, dövlət auditinin rəqəmsallaşdırılması işlərinin sürətləndirilməsi, audit hesabatlarının hazırlanmasında və inzibati idarəetmə fəaliyyətində süni intellektin tətbiqinin genişləndirilməsi imkanlarının öyrənilməsi ilə bağlı kollegiya üzvləri və struktur bölmə rəhbərlərinə tapşırıqlarını verib.

İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə baxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA