Çinli iş adam İstanbulda öldürülüb - Əl-ayağı, ağzı bağlanılıb, daha sonra isə...

img

23-02-2026 [14:34]


İstanbulda itkin düşmüş şəxs kimi axtarılan çinli iş adamı Yonq Vanqın cəsədi Arnavutköydə meşədə torpağa basdırılmş halda tapılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun əl-ayağ, gözləri yapışqan lentlə bağlanıbmış.

Məlumata görə, hadisə ilə bağlı aparılan araşdırma nəticəsində Vanqın onu soymaq niyyətində olan şəxslər tərəfindən öldürüldüyü müəyyənləşib: "Çin vətəndaşı Yonq Vanqın vəkili tərəfindən 24 yanvar tarixində Bakırköy Rayon Polis İdarəsinə itkin düşmüş şəxs haqqında məlumat verilib. Araşdırmalar nəticəsində çinli iş adamının istifadə etdiyi nəqliyyat vasitəsinin GPRS siqnalları araşdırılıb. Nəqliyyat vasitəsi Arnavutköyün Baklalı məhəlləsindəki bir tarlada tapılıb. Tarlada aparılan axtarış zamanı iş adamının cəsədi basdırılmış vəziyyətdə tapılıb. Onun basdırılmadan əvvəl əlləri, ayaqları və ağzı bağlanıbmış. İstintaq çərçivəsində 10 şübhəli - 1 qadın və 9 kişi haqqında "İnterpol" vasitəsilə həbs qərarı verilib. Şübhəlilər bu gün Çində tutulublar"

Məlumatda deyilir ki, iş adamının qatilləri öz həmyerliləri olub...

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA