Zahid Oruc Milli Məclisdə: "Emin Hüseynov insan haqlarının vəziyyətini soruşur, Mehriban xanım isə..."
20-02-2026 [11:50]
“Münhen Təhlükəsizlik Konfransına ilk dəfə qalib dövlətin rəhbəri kimi, sülh gündəliyi ilə qatıldığını bəyan edən Prezident İlham Əliyevin ətrafında yaradılan kənar informasiya ajiotajı sifarişli idi. Vətəndaşlığını və mənliyini itirən Emin Hüseynovların demokratiya sualı, əslində, Azərbaycanın Qələbəsini qəbul edə bilməyən və son bir ayda daha da azğınlaşan dairələrin koordinasiyalı əks-hücum kampaniyası idi”.
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin Komitə sədri Zahid Oruc parlamentin bugünki plenar iclasında deyib.
Zahid Oruc bildirib ki, ərazisini işğaldan təmizləyən, suverenliyini bərpa edən, Xankəndidə üçrəngli bayrağını ucaldan bir dövləti insan haqları ilə sorğulamaq siyasi riyakarlıqdır:
"Demokratiya sualını-torpağını öz ordusu ilə azad edən bir dövlətə verirlər, lakin Suriyanın kürd hərəkatının lideri Məzlum Abdi ilə elə həmin Münhen salonunda görüşən onlarla dövlət rəhbərinə müraciət etmirlər.
Emin Hüseynov Azərbaycanın Birinci xanımından insan haqlarının vəziyyətini soruşur. Mehriban xanım Əliyeva isə sərt və güclü iradəsini cəmi iki cümlə ilə nümayiş etdirir. Bəli, Vətən müharibəsində kişi libası geyinib səngərdə vuruşan, mərmi altında yaralı və şəhid övladlarını çiyinlərində daşıyan və bir gündə iki oğlunu torpağa əmanət edən Azərbaycan qadını mənəviyyatca özgə təyyarəsi və paltarı ilə Avropaya qaçan fərarilərdən qat-qat yüksəkdədir.
Ən böyük insan haqqı öz doğma torpaqlarında yaşamaq, qurub-yaratmaqdır. Ali Baş Komandanla çiyin-çiyinə şəhid ailələrini bağrına basan, müharibənin ilk günlərində yaralı döyüşçülərin ağrısını qəhəri ilə bölüşən Mehriban xanımın nöqtəvi və sərrast cavabı, on illərdir dövlətimizə qarşı aparılan böhtan kampaniyasını iflasa uğratdı, təkcə prezident ailəsinin deyil, bütün azərbaycanlı xanımlarının iradəsinin ifadəsi oldu.
Bəli, emin hüseynovlar üçün Azərbaycan hələ də 20 faiz natamamdır, işğal altındadır. Xüsusi xidmət orqanlarının əməkdaşı amerikalı Sarah Polsvortla əlaqələrdən sonra casusluğuna görə 1 milyon 500 min manat mükafat alan və 250 min vergi borcunu İsçevrə dövlətinə ödətdirən bir şəxs avropalı siyasi liderlərin qarşısına qaçıb tələb etmir- nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz, niyə dahi Füzulinin adını daşıyan torpağın minadan azad olunmasına əl uzatmırsınız.
Emin və mehman hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır. Görün, indi hansı qüvvələrlə savaşırıq.
Dünən qlobal Sülh Şurasında tək qalib lider kimi iştirak edən İlham Əliyev tamamilə haqlıdır-beynəlxalq media, QHT şəbəkələri geopolitikanın silahlarıdır. Dünyada “tam müstəqil” mətbuat mifdir. Azadlıq" va "Amerikanın səsi" radioları Konqres tərəfindən rasmi olaraq maliyyələşir. BBC Britaniya hökumətindən böyük yardımlar alır. "Röyters" agentliyi isə onu gizli edir.
Ona görə də Azərbaycanın Qələbəsi onu Qlobal Sülh Şurasında söz sahibi etdiyi üçün Avropa və ABŞ-da Prezidentin qarşısına çıxanlar bilməlidir-Şuşaya yüksələn Ali Baş Komandan son 300 ilin suallarını cavablandıran tək liderdir!".
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi