Ermənistana kim dəstək verir? - Turan Rzayev yazır
12-04-2023 [13:34]
Turan Rzayev,
Politoloq
***
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə hücum etməsi nəticəsində atəşkəs pozulub və sərhəddə gərginlik başlayıb. Hazırda vəziyyət Azərbaycan Ordusunun nəzarəti altında olsa da, şəhid və yaralılarımız var.
Nə baş verir?
Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın provokativ açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərirdi. Xüsusilə xarici ölkələrin dəstəyini alan və davamlı surətdə silahlanan Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsi sonrası regionda yaranan yeni reallıqları dəyişmək üçün bütün yollara əl atır.
Son zamanlar xüsusilə Ermənistan hakimiyyətinin ritorikasını sərtləşdirməsi, irəli sürülən bütün təşəbbüşləri bloklaması və Azərbaycana qarşı əsassız iddialarla çıxışlar etməsi diqqətçəkən əsas amillərdir.
Görünür, həm də Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Təxribatın lokal xarakterli olması və qısa zamanda qarşısının alınması da bunu təsdiqləyir. Burdan da görünür ki, rəsmi İrəvanın məqsədi heç də mövqelərimizi ələ keçirmək deyil, ordumuzu təxribata çəkərək gərginliyi Ermənistan ərazisinə daşımaqdır. Bununla İrəvan Azərbaycanı Avropa İttifaqı missiyasına “şikayət etməyi” planlaşdırır. Bu mənada bənzər təxribatların təkrarlanması
istisna deyil.
Ermənistana kim dəstək verir?
Son təxribatların ardında hansısa ölkə və ya ölkələrin olması mümkündür. İlkin ehtimal kimi iki ölkənin - Fransa və İranın adını çəkmək olar. Məsələ ondadır ki, rəsmi Paris Avropa İttifaqı və ittifaqın missiyası altında çıxış edən əsas aparıcı ölkədir. Fransa Ermənistanı hər vəchlə Azərbaycanla gərginliyə sürükləyir, siyasi, maliyyə və hərbi dəstəyini də əsirgəmir. 44 günlük müharibə zamanı da Parisin bu formada Ermənistana dəstək verdiyi bəllidir.
İrana gəldikdə isə Tehranın gərginlik başlayan andan Azərbaycanla sərhəddə kəşfiyyat PUA-larını qaldırması son təxribatların pərdəarxasında həm də bu ölkənin olması ehtimallarını yüksəldir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın hücumdan öncə Tehranda iranlı həmkarı Şamxani ilə görüşü də bu kontekstdə diqqət çəkir.
Məsələ ondadır ki, kəşfiyyat PUA-larının havaya qalxmasının Azərbaycan Ordusunun əməliyyat şəraiti ilə bağlı Ermənistana məlumat vermək məqsədi daşıdığı şübhəsizdir. Təsadüfi deyil ki, Tehran bənzər dəstəyi 44 günlük müharibə zamanı da etmişdir.
Nəticə etibarilə demək olar ki, təxribat hücumunun Ermənistanla İranın birgə planı olması ehtimalı böyükdür. Fransa isə situasiyadan istifadə edərək Ermənistandakı mövqelərini möhkəmlətməyə çalışır.
Bakının cavab tədbirləri
Azərbaycan tərəfi hələlik təmkinli davranır və mövcud geosiyasi vəziyyəti nəzərə alır. Xüsusilə də Türkiyədə seçkilər öncəsi olması, İsraillə Fələstin arasında gərginliyin yenidən alovlanması, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşması və s. kimi geosiyasi faktorlar Bakının diqqət mərkəzindədir.
Nəzərə almaq lazımdır ki, 44 günlük müharibədə qələbə qazanmamızda ən böyük paylardan biri də şübhəsiz geosiyasi vəziyyətin nəzərə alınması və vaxtın düzgün seçilməsi idi. Şərtlər böyük ölçüdə lehimizə keçmədən Ermənistan təxribatlarına uymaq və genişmiqyaslı əməliyyatlara başlamaq məqsədəuyğun deyil.
Bununla belə rəsmi Bakının Ermənistanın təxribatlarına cavabsız qalmayacağı bəllidir. Təxribatlar davam edəcəyi təqdirdə Azərbaycan da Ermənistana adekvat cavab zərbələri vura bilər. Genişmiqyaslı bir toqquşma gözlənilməsə də vaxtaşırı bu tipdə lokal gərginliyin olması mümkündür.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi