Azərbaycan bank sektorunda yeni təhlükə

img

22-09-2014 [13:45]


Məlum olduğu kimi, bir müddət öncə Mərkəzi Bank məcmu kapitalın minimum həcmi ilə bağlı yeni qaydalar müəyyənləşdirəndən sonra bəzi bankların bağlanması məsələsi gündəmə gəlib. 

Xatırladaq ki, Mərkəzi Bankın tələbinə əsasən 1 yanvar 2015-ci ilə kimi fəaliyyətdə olan 44 bankının hər birinin məcmu kapitalı ən azı 50 mln. manat olmalıdır. Bu tələbi yerinə yetirə bilməyən təşkilat bank kimi fəaliyyət göstərə bilməyəcək. Bu səbəbdən də Azərbaycanda bəzi bankların Mərkəzi Bankın məcmu kapitalın minimum həcmi ilə bağlı tələbinə əməl edə bilməyəcəyi və bağlanağacı təhlükəsi yaranıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, 2015-ci ilin yanvarın 1-nə qədər kommersiya banklarından bəziləri məcmu kapitalın həcmini 50 mln. manata çatdıra bilməyəcək. Onun fikrincə, məhz bu səbəbdən 10-a yaxın bank bazardan çıxa bilər. 

 Məsələylə bağlı açıqlama verən tanınmış iqtisadçı Nazim Məmmədov «Banklara ilyarım vaxt verilmişdi. Bu addımını atılması bankların kansalidasiya olunması, birləşməsini stimullaşdırmaq məqsədi daşıyırdı. Mənim fikrimcə, 3-4 bank bu prsesdən kənarda qala bilər, qalanları artıq məcmu kapitalını daha yüksək səviyyə qaldırmağa nail olub. Eyni zamanda, burada nizamnamə kapitalından söhbət gedir ki, nizamnama kapitalının həcminin 50 milyondan artıq olması vacib şərtlərdən biridir. Mən güman etmirəm ki, bu, böyük bir problem yaratsın. Nizamnamə kapitalının müəyyənləşmiş həddə çatdıra bilməyən banklar öz aralarında danışıqlar aparıb birləşə bilərlər». 

 Müsahibimizin sözlərinə görə, Azəröbaycanda bank sektorunun əsas problemi kiminsə məcmu kapitalı aşağıdır, yaxud yüksəkdir. «Belə baxanda bütün banklar eyni kredit siyasəti aparır. Bu kredit siyasəti ondan ibarətdir ki, xaricdən və daxildən daha bahalı resurslar cəlb etmək məcburiyyətində qalırlar. Bu səbəbdən də müştərilərə kredit verəndə daha yüksək faizlə verməli olurlar. Bu da vətəndaşlarımızın haqlı olaraq, narazılığına səbəb olur», - deyə N.Məmmədov əlavə edib. 

 Onu da nəzərə çatdıraq ki, son bir neçə ildə Azərbaycanda bağlanan bankların müştəriləri ilə bağlı prolblemlər ortaya çıxıb. Bu səbəbdən də belə bir məsələ gündəmə gələndə vətəndaşların narahatlığı yaranır. N.Məmmədov deyir ki, vətəndaşların narahat olmasına əsaslar var: «Əslində, əmanətlərin sığortalanması ilə bağlı qanun var. Baxmayaraq ki, Mərkəzi Bank elan edib ki, əmanətləri 80, bəzən isə 90 faizi sığortalanıb və heç bir problem yoxdur. Ancaq yaxın keçmişdə «Royal» bankeın müflis olması prosesini xatırlatmaq istərdim. Orda təqribən 31 faiz əmanətlər sığortalanmışdı, 69 faiz əmanətlər batdı. Bu o demək idi ki, Mərkəzi Bankın ictimaiyyətə açıqladığı rəqəmlər reallığı əks etdirmir. Bu da Mərkəzi Bankın ölkədəkim bank sektoruna tam nəzarət etməməsi imicini formalaşdırı. Ona görə də daha dəqiq statistik rəqəmlər olmuş olsa, konkret bir söz demək olar. İqtisadiyyat real rəqəmlər üzərində qurulmalıdır ki, müəyyən dövr üçün dəqiq proqnoz verə biləsən». 

 Qeyd edək ki, avqustun 19-da Mərkəzi Bank "Bankların yenidən təşkili qaydaları”nı təsdiqləyib. Avqustun 29-dan qüvvəyə minən Qaydalar bankların bir-biri ilə birləşməsini, başqa banklara qoşulmasını (yəni, başqa bank tərəfindən udulmasını), eləcə də bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsini nəzərdə tutur. 

Qaydalara əsasən, bankların yenidən təşkil olunması mərhələli şəkildə həyata keçiriləcək. Yəni, əvvəlcə Mərkəzi Banka yenidən təşkil üçün icazə alınması məqsədi ilə ilkin və yazılı müraciət edilməlidir. Sonra bankların yenidən təşkil üçün səhmdarların ümumi iclası çağırılmalı və qərar qəbul edilməli və kreditorlar bu barədə məlumatlandırılmalıdır. Daha sonra yeni bank və yaxud BOKT dövlət qeydiyyatdan keçirilməli və yeni xüsusi razılıq (lisenziya) alınmalıdır. Mərkəzi Banka bankın yenidən təşkil olunması barədə ilkin və rəsmi müraciət arasında 90 gündən artıq müddət olmamalıdır. Bununla yanaşı, bankın BOKT-a çevrilməsi 3 ay ərzində həyata keçirilməlidir. Sənədə görə, bankın BOKT-a çevrilməsi üçün keçid dövrünə 6 ayadək vaxt ayrılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA