“Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz?" - Mehriban Əliyeva Meydan TV-nin sahibinə elə cavab verdi ki... (VİDEO)

img

15-02-2026 [16:57]


Münhen Təhlükəsizlik Konfransında qapı önündə dayanaraq, təxribat cəhdlərini davam etdirən Meydan TV-nin sahibi Emin Hüseynovun sual vermək üçün müraciətinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın cavabı gündəmə çevrilib.

Mia.az xəbər verir ki, Emin Hüseynov konfrans zalından çıxan Mehriban xanım Əliyevaya “Azərbaycanda demokratiya ilə bağlı” sual vermək istədiyini bildirib.

Mehriban Əliyeva isə ayaq saxlayaraq, “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram” - deyə, yoluna davam edib.

Qeyd edək ki, Emin Hüseynov Soros Fondunun vəsaitlərindən qeyri-şəffaf istifadə etməsi və ayrılan külli miqdarda vəsaiti talaması üzə çıxandan sonra ölkədən qaçmışdı. O, ölkədən qaçarkən qadın paltarından istifadə etmişdi.

E.Hüseynov hazırda da antimilli fəaliyyətini davam etdirir. Hətta 44 günlük savaşda “novarçı” donuna girərək, erməni işğalının davam etməsi üçün təbliğat aparırdı.

“Erməni hüquqlarının müdafiəçisi” kimi tanınan Emin Hüseynov erməni diaspor təşkilatlarının maliyələşdirdiyi qurumlardan qrant alır.

Emin Hüseynov Mehman Hüseynovun böyük qardaşıdır/BakuPost.az


 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA