İCRA BAŞÇISI HƏMKARININ QAYNINI ÖZÜNƏ MÜAVİN GÖTÜRDÜ - İH-də maraqlı təyinat oldu

img

11-02-2026 [17:54]


Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

Mia.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə icra başçısı Elnur Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fuad Nəzərov Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə gətirilib.

O, eyni zamanda qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinə rəhbərlik edəcək. Sözügedən şöbəyə Sosial-iqtisadi məsələlər, informasiya təminatı təhlili sektoru və Memarlıq-tikinti məsələləri sektoru daxildir.

F.Nəzərov bundan əvvəl Xaçmaz Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Fuad Nəzərov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun qayınıdır.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA