KARTLA İŞLƏYƏN SAYĞACDA BORC NECƏ YARANIB Kİ? - "Azəriqaz"dan anormal qərara anlaşılmaz izah + VİDEO

img

11-02-2026 [11:36]


Azəriqaz" əməkdaşları qarlı havada imkansız ailəni qazsız qoyub.

Bu barədə  müraciət edən Ucar rayonu,Qazyan kənd sakini Abdullayev Rasim Məhəmməd oğlu bildirib.

Kənd sakininin sözlərinə görə,bu gün "Azəriqaz"-ın  əməkdaşı onların evinə gəlib və 200 AZN limiti keçdiklərini deyiblər.

"Qaza baxan nəzarətçi gəldi və 200 manat borcumuzun olduğunu bizə dedi.Ona bizdə smart tipli sayğac olduğunu və hər ay kartla ödəniş etdiyimizi bildirdik.Dedilər ki,bu pulu verməsəniz,qazınız kəsiləcək.Kasıb ailəyik,işləmirik.Pensiyaçı həyat yoldaşım,özüm və azyaşlı körpə övladı olan qızımla birgə yaşayırıq.İndiki halda onların iddia etdiyi 200 manatı verə bilmədik.Qazı kəsib,getdilər.Hazırda ölkədə çovğun və qarla bağlı xəbərdarlıq edilib.Bu,soyuqda körpə uşaqla nə edəcəyimizi bilmirik.Səsimizi rəhbər şəxslərə çatdırmağınızı xahiş edirik",-deyə vətəndaş bildirib.

Oxu24.com məsələ ilə bağlı "Azəriqaz"ın Ucar rayon şöbəsinin rəisi  Məlikməmməd Mehdiyevlə əlaqə saxlayıb.O,Nazirlər Kabinetinin borcu olan abanentlərin qazının dayandırılması barədə qərarının olduğunu qeyd edib/oxu24.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA